Slimfit
  1. AZƏRBAYCAN

Əlilliyin müəyyən olunması mexanizmi dəyişdirilir

Əlilliyin müəyyən olunması mexanizmi dəyişdirilir
Sakura

Əlillik dərəcələri üzrə təsnifatlar dəyişdirilir

Əlillik dərəcələri üzrə təsnifatlar dəyişdirilir. Əvvəl əlilliyi olan şəxslər 3 qrupa bölünürdüsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi ilə bu, beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçiriləcək. Yeniliyi görə əlillik dərəcələri üzrə təsnifatlar zamanı orqanizmin qeyri-işlək funksionallığı əsas meyar kimi götürüləcək.

Xezerxeber.az-ın məlumatına görə, əlillik dərəcəsinin təsnifatı qruplara görə deyil, orqanizmin itirilmiş funksiyalarına görə müəyyənləşdiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə əlillik dərəcələrinin beynəlxalq təsnifatlara uyğun şəkildə tənzimlənməsi üçün yeni layihə hazırlayır. Hazırda əlillik dərəcəsi 3 qrup üzrə müəyyənləşdirilirsə, layihənin icrasından sonra bu, orqanizmin qeyri-işlək funksiyalarının faiz dərəcəsi ilə müəyyən ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir əvəzi Sabir Qocayevin sözlərinə görə, bu, beynəlxalq təcrübədən irəli gələn bir yanaşmadır. Hazırda ikinci qrup əlillər hər 5 ildən bir iki dəfə, 3-cü qrup əlillər isə hər 5 ildən bir 3 dəfə olmaqla əlillik dərəcələri təyin edilirdisə, yeni layihəyə əsasən, bu qaydalar da dəyişdiriləcək.

Hazırda dəyişikliklərlə bağlı qanunvericilik aktlarının hazırlanması prosesi aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR