Slimfit
  1. İQTİSADİYYAT

Əlillərin pensiya məbləği açıqlandı

Əlillərin pensiya məbləği açıqlandı
Sakura

Əlillərin pensiya məbləği açıqlandı

2022 və 2023-cü illərdə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə proqnozlaşdırılan pensiyaların məbləği məlum olub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama palatasının “Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihəsinə rəy”inə istinadən xəbər verir.

Belə ki, növbəti il üzrə orta aylıq pensiya məbləğinə dair Fond tərəfindən təqdim edilmiş məlumatlara əsasən ilin əvvəlində orta aylıq pensiya məbləğinin 341,6 manat ilin sonunda isə bu göstəricinin 24,6 manat və ya 7,2% artaraq 366,2 manat olacağı proqnozlaşdırılır.

Yaşa görə orta aylıq pensiya məbləği faktiki olaraq 331,4 manatdır. Bu pensiya məbləği 2022-ci ildə 371,9 manat, 2023-cü ildə isə 398,3 manat olacağı gözlənilir.

Əlilliyə görə orta aylıq pensiya məbləği faktiki olaraq 260,9 manatdır. Bu pensiya məbləği 2022-ci ildə 298,9 manat, 2023-cü ildə isə 320,5 olacağı gözlənilir.

Ailə başçısını itirməyə görə orta aylıq pensiya məbləği faktiki olaraq 263 manatdır. Bu pensiya məbləği 2022-ci ildə 297,8 manat, 2023-cü ildə isə 319,5 olacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR