Slimfit
  1. DÜNYA

Əli Şəmxani: “ABŞ-dan çox daha ağır intiqam alınacaq”

Əli Şəmxani: “ABŞ-dan çox daha ağır intiqam alınacaq”
Sakura

Əli Şəmxani: “ABŞ-dan çox daha ağır intiqam alınacaq”

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi admiral Əli Şəmxani şəhid general-leytenant Qasım Süleymaniyə qarşı təşkil olunan sui-qəsdə cavab olaraq, ABŞ-dan daha ağır qisas alacağını vurğulayıb.

Ens.az Deyerler.org-a istinadən xəbər verir ki,admiral Əli Şəmxani Tvitter üzərindən verdiyi açıqlamasında, ABŞ-ın prezidenti Donald Trampın şəhid general-leytenant Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisə sui-qəsd əmrinin şəxsən özü tərəfindən ABŞ ordusuna verildiyini etiraf etdiyini xatırladaraq, belə qeyd edib: “İran və İraq xalqları bu iki şəhidin qisasını alacaq. Hücumun günahkarlarını cəzalandırmadan rahat olmayacaqlar. Çox daha ağır qisas yoldadır”.

Qeyd edək ki, yanvarın 3-ü səhər saatlarında İranın İnqilab Keşikçiləri Ordusunun Qüds Korpusunun komandiri şəhid general-leytenant Qasım Süleymani və İraqın Əl-Həşduş Şəbi Qüvvələri komandirinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndis və təşkilatın digər bir neçə üzvü Trampın əmri ilə Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-ın PUA-lı hücumu ilə terrora məruz qalıblar. Deyerler.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR