Slimfit
  1. SİYASƏT

Əli Nağıyev: “Azərbaycan kibertəhlükəsizlik sahəsində qlobal mövqeyini yaxşılaşdırıb”

Əli Nağıyev: “Azərbaycan kibertəhlükəsizlik sahəsində qlobal mövqeyini yaxşılaşdırıb”
Sakura

Əli Nağıyev: “Azərbaycan kibertəhlükəsizlik sahəsində qlobal mövqeyini yaxşılaşdırıb”

“Kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdəki mövqeyinə ciddi şəkildə təsir edib”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikir Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin 26-27 oktyabrda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbiri ilə bağlı brifinqin iştirakçılarına müraciətində yer alır.

Ə.Nağıyev bildirib ki, kibertəhlükəsizlik sahəsində 176 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan Respublikası 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib:

“Qeyd olunmalıdır ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin indiyədək qazandığı ən yüksək mövqedir. Hazırkı reytinq cədvəlində Gürcüstan 24-cü, Ermənistan isə 96-cı yerdədir.

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi - 2020” (“Global Cybersecurity Index” - GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89,31 xal ilə 40-cı yerdə qərarlaşıb.

Həmçinin, 2009-cu ildə ratifikasiya edilmiş “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına əsasən, 24/7 şəbəkəsi vasitəsilə sübutların toplanması, rəsmi məlumatın təqdim edilməsi və şübhəli şəxslərin yerinin müəyyən edilməsi istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən daim müvafiq işlər həyata keçirilir”.

Müraciətdə o da qeyd edilib ki, ölkəmizdə kibertəhlükəsizlik üzrə kadr potensialının artırılması istiqamətində bir çox işlər həyata keçirilir:

“2021-ci ildən etibarən ənənəvi olaraq hər il həyata keçirilən “Cyber Summer School”un əsas məqsədi tərəfdaş ölkələrdən olan düşərgə iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, habelə, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verməkdir. Növbəti ildə tədbirə qatılan xarici tərəfdaş ölkələrin sayının artırılacağı planlaşdırılır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR