Slimfit
  1. SİYASƏT

Əli Həsənov: 'Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir'

Əli Həsənov: 'Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir'
Sakura

Əli Həsənov: 'Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir'

"Ölkələrimiz və xalqlarımız öz aralarında mehriban qonşuluq və dostluq ənənələrini qoruyub saxlayıb. Ümumiyyətlə, Azərbaycan və Rusiya xalqları arasında münasibətlərin dərin kökləri var".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda "Rus kitabları evi"nin 10 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Rusiya mədəniyyət sahəsində də əlaqələrini möhkəmləndirməyə səy göstərir.

Ə.Həsənov Bakı ilə Moskva arasındakı strateji tərəfdaşlığın təməlinin məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün onun Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

"Bu gün ölkələrimiz arasındakı münasibətlər yüksəlişdədir", - deyə Ə.Həsənov qeyd edib.

O əlavə edib ki, ölkələrin və xalqların qarşılıqlı maraqlarına cavab verən hərtərəfli əməkdaşlığın inkişafı və möhkəmlənməsi tam gücü ilə davam edir.

"Müstəqillik qazandıqdan sonra rus dili millətlərarası dil mövqeyini itirməyib və hələ də tələbatlıdır. 300-dən çox ümumtəhsil məktəbində təhsilin rus dilində aparılması buna parlaq nümunədir. Son illərdə rusdilli siniflərə tələbat artır. Demək olar ki, bütün dövlət və bəzi özəl ali təhsil müəssisələrində təhsil eyni vaxtda iki dildə - Azərbaycan və rus dillərində aparılır”, - deyə Ə.Həsənov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin böyük hissəsi rus dilində danışır, gənc nəsil onu öyrənməyə həqiqi maraq göstərir.

Ə.Həsənov bildirib ki, Bakıda A.Puşkin, M.Lermontov, L.Tolstoyun adlarını daşıyan küçələr var, muzeylərdə isə rus şairlərinin Azərbaycan torpağına səfərləri ilə bağlı xatirələr etibarlı şəkildə qorunur.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi bu gün Azərbaycanda rus dilində teatrların fəaliyyət göstərdiyini, Bakı Slavyan Universiteti kimi müxtəlif universitetlərin olduğunu, rus dilində dövri nəşrlərin, o cümlədən rus dilində jurnalların, dərsliklərin, bədii ədəbiyyatın, KİV-in fəaliyyət göstərdiyini və telekanallarda rusdilli proqramların yayımlandığını vurğulayıb.

"Regionda öz ana dilini, mədəniyyətini və milli adət-ənənələrini qoruyan etnik ruslar bu gün ən çox Azərbaycanda yaşayır. Onlar cəmiyyətin ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi həyatında geniş təmsil olunur və dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak edirlər", - deyə şöbə müdiri qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR