Dərc edildi: Baxış sayı: 1085
Elektromobil, yoxsa dizel: hansının daha ekoloji olduğu açıqlandı
Münhen İqtisadi Araşdırmalar İnstitutunun alimlərinin məlumatına əsasən elektrikli mühərrikə malik avtomobil, dizellə işləyən nəqliyyat vasitəsindən daha çox karbon qazı ifraz edir.
“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, “Tesla Mode 3” və “Mercedes C220 d” avtomobillərinin müqayisəli təhlili göstərib ki, birinci model atmosferə dizel mühərrikili alman maşınından daha çox karbon qazı ifraz edir.
Belə ki, “Mercedes C220 d” 1 kilometrə 117 q. karbondioksid ifraz edirsə, elektromobildə bu göstərici 159 q. təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət