Slimfit
  1. MARAQLI

Elektriklə qidalanan hindli

Elektriklə qidalanan hindli
Sakura

Elektriklə qidalanan hindli

Muzaffarnaqaradan olan Nareş Kumar iddia edir ki, onun unikal bacarığı var.  O nəinki təbii üsulla izolyasiya edilib, lakin həmçinin elektrikdən birbaşa enerji qəbul edir. Buna görə də ona sağ qalmaq üçün daim yemək lazım deyil.

42 yaşlı Nareş deyir ki, özünün qeyri-adi gücünü təsadüfən aşkar edib. O işdə olarkən səhvən izolyasiyasız məftilə toxunur, amma heç nə baş vermir. İnsanların əksəriyyəti Allaha şükür edib gələcəkdə daha ehtiyatlı olacağına and içərdi. Lakin o belə etmədi. Bunun əvəzində o yerə düşən izolyasiyasız məftili əlinə götürərək özünün “yüksək qabiliyyətini” araşdırmaq qərarına gəldi.

Sonda o anladı ki, elektriki alternativ ənənəvi yemək əvəzində istifadə edə bilər. “Hər dəfə mən aclıq hiss edəndə və evdə yemək olmayanda məftili götürürəm və yarım saat ərzində qidalanıram. Mən elektriki yemək kimi qəbul edirəm, - Nareş Kumar deyir. – Mən istənilən elektrik cihazına toxuna bilərəm və mənimlə heç nə baş verməyəcək. Mən fikirləşirəm ki, hazırda mənim bədənimin 80 faizi elektrikdən ibarətdir”.

Hindlinin evində enerji mənbəyi kimi istifadə etdiyi naqil çoxdur. “Bizdə elektrik açarı yoxdur, mən qorxuram ki, mən və ya uşaqlar elektrik şoku ala bilər, - onun həyat yoldaşı deyib. – Lakin Nareş izolyasiyasız naqilləri xoşladığından biz onları yığışdırmırıq. O hətta müxtəlif cihazları yalın əli ilə söndürüb yandırır”.

“Mən bilirəm ki, mən unikalam – hər kəs bunu edə bilməz. Mənim həyat yoldaşım buna təəccüblənmir, lakin digər insanlar – sözsüz”, - Kumar jurnalistlərə deyib. O düz deyir: naqili yalın əli və ağzı ilə saxladığı video çarxlar sosial şəbəkədə sürətlə yayılıb və onu “Hindistanın canlı lampası” adlandırırlar.

Kumar  yüksək gərginliyi əlində orqanizmə zərəri olmadan saxlaya bilən yeganə insan deyil. Lakin indiyə qədər heç kimi elektrikdən qidalandığını deməyib.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR