Slimfit
  1. BİOQRAFİYA

Ələkbər Ziyatay

Ələkbər Ziyatay
Sakura

Ələkbər Ziyatay - Azərbaycan şairi, tərcüməçi

Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov) – Azərbaycanlı şair, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur. Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunur (1937-1940). Qiyabi pedaqoji institutda baş müəllim (1940-1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941-1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940-1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948). Sonra Bakıda Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1950-1959), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında poeziya şöbəsinin müdiri (1959-1968) işləmişdir. 1968-ci ilin yanvarından ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1973-cü ilin dekabrında fərdi təqaüdə çıxmışdır.

Tatarıstan MSSR Ali Sovetinin Fəxri fərmanı və medallarla təltif olunmuşdur.

1982-ci il iyulun 2-də Bakıda vəfat etmişdir. Gəncə küçələrindən biri onun adını daşıyır.

O, 1935-ci ildən ədəbi fəaliyyətə başlamışdır. Onun ilk şeirləri olan «İkibaşlı qartal», «Berlində yanğın», «İki cahan» respublika qəzet və jurnallarında dərc olunmuşdur.

xxx
(Mikayıl Müşfiqə)

Sənin ilhamına bələd olanlar,
Çağlayan çay adı vermişdi ona.
Bir çay ki, suları durmadan artar,
Sığışa bilməzdi öz məcrasına.
Ariflər deyərdi: — bu çay bir zaman,
Bir ümman yaradar — böyük bir ümman!

Sənin xəyalının, ey gənc nəğməkar,
Azad bir qartala bənzəri vardı.
Uzaq üfüqlərdə axtarıb şikar,
Hay salıb, qıy vurub, qanad çalardı.
Ərənlər deyərdi: — bu qartal yəqin,
Aşacaq üstündən çox qərinənin!

Sənin şux təbinə qol-qanad verən,
Gülgün arzuların gül nəfəsiydi.
Qəlbindən keçəni şeirə döndərən,
Daha xoş günlərin addım səsiydi...
Əfsus, tale səni tez verib bada,
Əlindən qələmi saldı yarımçıq.
Yelkənin çox erkən batdı dəryada,
Ömrün də, nəğmən də qaldı yarımçıq!..

 

Kitabları

Məhəbbət sınağı. Bakı: Uşaqgəncnəşr, 1946, 54 səh.
Həyat mahnıları. Bakı: Azərnəşr, 1954, 44 səh.
Şerlər. Bakı: Azərnəşr, 1961, 65 səh.
Bakı gecələri. Bakı: Azərnəşr, 1964, 171 səh.
Şerə dönən duyğular. Bakı: Yazıçı, 1983, 149 səh.

 

Tərcümələri

Bayram yetişdi, sübh ikən mey müjdəsi aldı xumar
Əmisi Kafiyəddinin tərifi
Dəvatımın üzü sadə, içi dərin dəryadır
Gənclərə nəsihət
Müvəffəqəddin Əbdülqəffarın tərifi
Xaqani qürbətə basalı ayaq
Ruhum bu can mülkünü tərk edib gedən kimi
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR