Dərc edildi: Baxış sayı: 447
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.
Oxu.Az yerli KİV-lərə istinadən xəbər verir ki, S.Babayevin müvafiq əmri ilə Aydın Əzizov Bakı şəhərində yeni yaradılan beş tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə sədri (baş həkim) təyin edilib.
Qeyd edək ki, bundan əvvəl A.Əzizov Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət