Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub
Prezident İlham Əliyevin tapşırığına əsasən, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev aprel 4-də “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub.
Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, DSX rəisi Rusiya Federasiyasından gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbirlərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.
Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib.
Karantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə baxış keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət