Ekspertlər “Zebrocy” təhlükəli virusu haqqında məlumat veriblər
“Eset” antivirus istehsalçısı “Sednit” haker qruplaşması tərəfindən istifadə olunan “Zebrocy” bekdorunun imkanları haqqında xəbərdarlıq edib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, kibercinayətkarlar zərərverici proqram komponentlərinin çatdırılması üçün sosial mühəndislik metodlarından nadir hallarda istifadə edirlər, ən çox eksploytlardan yararlanırlar.
Kompüterə müdaxilədən sonra hakerlər yoluxdurulmuş qurğuya ilk əmrlər göndərilir. “Eset” şirkətinin nümayəndəsi bildirib ki, zərərverici yükləyicinin işə salınması və ilk əmrin göndərilməsi arasında bir neçə dəqiqə vaxt keçir. Əmrlər dəstinin öyrənilməsi onu göstərir ki, proses avtomatlaşdırıla bilər.
Antivirus ekspertlərinin fikrincə, adi bekdorlarla müqayisədə “Zebrocy” bekdorunu aşkar etmək elə asan deyil – proqramın operatorları əməliyyat başa çatan kimi bədniyyətli fəaliyyətin izlərini ani olaraq silirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət