Slimfit
  1. İQTİSADİYYAT

Ekspert: Rusiya Azərbaycan üçün regionda iqtisadi layihələrin reallaşdırılması baxımından strateji müttəfiqlərdən biridir

Ekspert: Rusiya Azərbaycan üçün regionda iqtisadi layihələrin reallaşdırılması baxımından strateji müttəfiqlərdən biridir
Sakura

Ekspert: Rusiya Azərbaycan üçün regionda iqtisadi layihələrin reallaşdırılması baxımından strateji müttəfiqlərdən…

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri Rusiya-Azərbaycan münasibətlərində strateji müttəfiqlik baxımından yeni mərhələnin başlanması kimi xarakterizə olunur. İmzalanan sənədlərdə nəzərdə tutulan fəaliyyətlər, bu fəaliyyətlərə uyğun müəyyənləşdirilmiş prioritetlər, eləcə də strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı addımlar onu deməyə əsas verir ki, Rusiya ilə həm dövlətlərarası, həm də şirkətlərarası münasibətlər növbəti dövrdə daha da inkişaf edəcək. Bu, hər iki ölkənin iqtisadi maraqları baxımından çox vacibdir.

Bu sözləri AZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspert qeyd edib ki, səfər çərçivəsində region üçün kifayət qədər əhəmiyyətli sənədlər imzalanıb: “Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan və Rusiya müstəqil dövlətlər kimi öz milli maraqlarını qoruyaraq bu anlaşmaları imzalayıb. Bu müqavilələr hər iki dövlətin maraqlarına uyğun sənədlərdir. Şimal-Cənub nəqliyyat dəhlizi regionun əhəmiyyətini artıran layihə kimi qiymətləndirilir. Bu dəhlizin reallaşdırılması Rusiyadan başlayaraq yüklərin Hindistana qədər nəql edilməsinə imkan verəcək. Eyni zamanda, gömrük və digər sektorlarda əməkdaşlıq iki ölkənin gələcəkdə strateji müttəfiqliyinin genişləndirilməsinə xidmət edəcək sənədlərdir”.

“Rusiya iqtisadi baxımdan Azərbaycan üçün strateji müttəfiqlərdən biridir. Nəzərə alsaq ki, Rusiya Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaşdır. Azərbaycanın 1,5 milyard dollardan çox qeyri-neft ixracının 34 faizi Rusiyanın payına düşür. Bu isə o deməkdir ki, Rusiya ilə Azərbaycan arasında qeyri-neft ixracı təxminən yarım milyard dollardır. Azərbaycanın ixrac etdiyi aqrar məhsulların 90 faizdən çoxu Rusiya bazarına göndərilir. Nəticədə Rusiya qeyri-neft, eləcə də aqrar məhsulların ixracında əsas tərəfdaş rolunu qoruyub saxlamaqdadır. Rusiya Azərbaycan üçün regionda iqtisadi layihələrin reallaşdırılması baxımından strateji müttəfiqlərdən biridir. Azərbaycanın Rusiyada sərmayəsi var. Rusiya Azərbaycan iqtisadiyyatına sərmayə yönəldən ölkələrdən biridir. Dövlət Neft Fondu Rusiya bazarında sərmayə qoyuluşları həyata keçirir”, - deyə V.Bayramov deyib.

Ölkələrimiz arasında münasibətlərin yalnız dövlət səviyyəsində deyil, şirkətlər səviyyəsində də inkişaf etməkdə olduğunu deyən ekspert vurğulayıb: “Prezidentlərin sonuncu görüşündə SOCAR-la şirkətlərarası müqavilənin imzalanması strateji əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsindən xəbər verir. Bu səfər onu göstərir ki, Azərbaycan həm inkişaf etmiş Avropa ölkələri ilə, həm Rusiya ilə bərabər səviyyəli strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu əməkdaşlıq Azərbaycanın milli və iqtisadi strateji maraqları çərçivəsində reallaşıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR