Slimfit
  1. MEDİA

Ekspert: Paşinyan səhvlərini etiraf etmək istəmir və xarici işlər nazirini qurban verməyə hazırdır

Ekspert: Paşinyan səhvlərini etiraf etmək istəmir və xarici işlər nazirini qurban verməyə hazırdır
Sakura

Ekspert: Paşinyan səhvlərini etiraf etmək istəmir və xarici işlər nazirini qurban verməyə hazırdır

Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi İrəvanın daxili siyasətində hoqqabazlıq edir. İndi isə çarəsiz vəziyyətdə günahkar axtarmağa çalışır.

Bunu Oxu.Az-a açıqlamasında Avrasiya Press Beynəlxalq Fondunun prezidentinin köməkçisi, politoloq Anastasiya Lavrina deyib. O əlavə edib ki, “Past” adlı erməni qəzetinin yazısını şərh etsək, Paşinyan Valday Beynəlxalq Müzakirə Klubunun iclasında verilən açıqlamalar fonunda xarici İşlər naziri Zohrab Mnatsakanyanı istefaya göndərmək niyyətindədir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Valday Beynəlxalq Müzakirə Klubunun 16-cı iclasındakı parlaq çıxışı dünya ictimaiyyətinə rəsmi Bakının işğal olunmuş ərazilərin qaytarılması üçün lazım gələn hər şeyi edəcəyinə dair mesajı idi. Bu bəyanat beynəlxalq media, siyasətçilər və ekspertlər tərəfindən yüksək qiymətləndirildi.

Paşinyan məğlub olduğunu yaxşı bilir və buna görə də vəziyyətdən çıxış yolu tapmağa çalışır. O ya məğlubiyyətini açıq etiraf etməlidir ki, bu halda Paşinyana olan inam daha da aşağı enəcək, ya da çox yaxşı bacardığı “günahkar axtarışı”na çıxmalıdır”.

Onun sözlərinə görə, xarici işlər naziri Ermənistan baş nazirinin səriştəsiz siyasətinin növbəti qurbanı olub.

“Paşinyan Mnatsakanyanı guya ölkənin Rusiyadakı mövqeyini lazımi səviyyədə təmsil etməməkdə ittiham etmək qərarına gəlib. Dünyada Ermənistan Baş nazirinin nə qədər qeyri-ciddi qəbul olunduğunu nəzərə alsaq, o zaman bu qərar gülüş doğuracaq”, - deyə Lavrina əlavə edib.

O qeyd edib ki, rəsmi İrəvanın Dağlıq Qarabağla bağlı mövqeyi heç vaxt indiki baş nazirin dövründə olduğu kimi qarışıq olmayıb: “Paşinyan daim ziddiyyətli açıqlamalar verir. Vəziyyət o yerə çatıb ki, o, işğal olunan ərazilərin Ermənistanın bir hissəsi olduğunu söyləyib. Xarici işlər naziri Sergey Lavrovun Soçidəki Valday forumunda rəsmi Moskvanın reaksiyasını əks etdirən çıxışı gözlənilən idi. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkənin xarici işlər naziri qeyri-adi bir şey söyləmədi. Lavrov Paşinyanın, bu davranışı ilə, sülh danışıqları prosesini pozduğunu vurğuladı”.

Onun sözlərinə görə, Paşinyan üçün səhvlərini açıq şəkildə etiraf etmək çətindir:

“Ermənistanın baş naziri ölkə daxilində nüfuzunu itirməyə davam edir. Paşinyan hələ də Dağlıq Qarabağ separatçıları ilə ortaq dil tapa bilməyib. O, keçmiş prezident Robert Köçəryan və onun arxasındakı klana qarşı mübarizə aparmağa məcburdur.

Paşinyan Moskvaya kobud cavab verə bilmir. Biz indi KTMT-da təkrarlanan vəziyyəti görürük. Belarus prezidenti Aleksandr Lukaşenkonun qeyd etdiyi kimi, Paşinyan Rusiya prezidenti Vladimir Putinə və xarici işlər naziri Sergey Lavrova açıq etiraz edə bilməz”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR