Slimfit
  1. CƏMİYYƏT

“Əksər həkimlərin adlarının qarşısına “uzman doktor” yazılması nə qədər etikdir?” - Deputatdan AÇIQLAMA

“Əksər həkimlərin adlarının qarşısına “uzman doktor” yazılması nə qədər etikdir?” - Deputatdan AÇIQLAMA
Sakura

“Əksər həkimlərin adlarının qarşısına “uzman doktor” yazılması nə qədər etikdir?” - Deputatdan AÇIQLAMA

““Uzman” adı hər adama verilə bilməz. Uzman öz işi üzrə ekspertdir. Bir qrup həkim bu məsələ ilə bağlı mənə müraciət edib. Həkimlərimizi başa düşürəm. Hər kəs adının qarşısına “uzman” sözünü yazır ki, bir az da insanları cəlb etsin. Qanunla bunun ciddi qəbahət olub-olmadığını deyə bilmərəm. Bəs etik və mənəvi baxımdan bu, nə qədər doğrudur? “Uzman” adı yalnız birmənalı olaraq o mütəxəssisələrə verilir ki, onlar ABŞ, Avropa, Türkiyə kimi ölkələrdə səhiyyə üzrə ali təhsil alıblar. Məsələn, Türkiyədə uzman diplomunu almaq üçün 5 illik xüsusi proqram keçirsən, elmi işini müdafiə edirsən. Həkimlərin mənə verdikləri məlumatlara görə, onlar birbaşa dövlət səhiyyə ocaqlarında işləyəndə yüksək maaş alırlar. Maaş ən azı 4 min manatdan başlayır. Dövlət klinikalarında işləyən qeyri-uzmanların maaşları isə 500-600 manatdan başlayır. Uzmanlarla bağlı siyahı Səhiyyə Nazirliyində, TƏBİB-də, yaxud İcbari Tibbi Sığortada olmalıdır. Bu siyahı varmı? Bu məsələyə fikir vermək lazımdır, ya yox? Bunu bilmək maraqlı olardı”.

Ens.Az-ın məlumatına görə,bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Rüfət Quliyev deyib.

Deputatın uzman həkimlərin sözlərini ictimaiyyətə belə çatdırıb: “Uzman həkimlərin bir çoxunun fikri bundan ibarətdir ki, biz daha çox əziyyət çəkmişik, vaxt sərf etmişik, xüsusi proqramla oxumuşuq, elmi iş müdafiə etmişik. Əlbəttə, Azərbaycan Tibb Universiteti yüksək səviyyəli mütəxəssislər yetişdirir. Azərbaycan həkimləri SSRİ vaxtından böyrək, göz, mədə-bağırsaq, stomatoloji cərrahiyyə və s. sahədə yüksək ixtisaslaşıblar. Tanınmış həkimlərimizin əksəriyyəti Azərbaycan Tibb Universitetinin məzunudur. Onların yüksək təhsil almalarına şəkk-şübhə yoxdur. Amma yenə də ortaya sual çıxır: hər kəsin adının qarşısına “uzman doktor” yazması nə qədər etikdir? Bu suallarla bağlı ictimaiyyətin də fikrini bilmək istərdim. İnsanlar nə düşünürlər? Həmin həkimləri məntiqlə başa düşürəm. İstəyirlər ki, pasiyentlərinin sayı çox olsun, həkimə daha çox hörmət, inam olsun. Bütün bunlar başadüşüləsi məqamlardır. Bu açıqlamanı, yəqin ki, dövlət qurumları, mütəxəssislər də oxuyacaqlar. Bilmək istərdim ki, fikirləri nədir? Məsələ polemikaya çıxarılsın, vətəndaşlar fikirlərini bildirsinlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR