Dərc edildi: Baxış sayı: 764
Əkbərin şəhid xəbəri gəldi...
Vətən müharibəsində itkin düşən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun şəhid olduğu müəyyənləşib.
Ens.az xəbər verirki,bu barədə "Qafqazinfo"ya şəhidimizin yaxınları məlumat verib.
Hərbçimizin şəhid olduğu DNT analizi nəticəsində təsdiqlənib. Şəhidimizin sabah Neftçalanın Xıllı qəsəbəsində cənazə namazı qılınacaq. Daha sonra Quliyev Əkbərin nəşi Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanında torpağa tapşırılması üçün paytaxta gətiriləcək.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əkbər Quliyev hərbi xidməti Tərtərdə başa vurub. O, müharibədən öncə təlimlərə cəlb edilmiş, daha sonra isə döyüşlərə qatılmışdı.
Allah rəhmət eləsin!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət