Slimfit
  1. AVTO VƏ MOTO

Ehtiyat təkəri ilə keçmişə səyahət

Ehtiyat təkəri ilə keçmişə səyahət
Sakura

Ehtiyat təkəri ilə keçmişə səyahət

Ehtiyat təkəri – boşalmış, deşilmiş təkəri əvəz etmək və ya başqa bir gözlənilməz hadisə üçün avtomobildə daşınan əlavə təkərdir. Bəzi dillərdə ənənəvi olaraq "ehtiyat təkəri" deyirlər, indi bu ad tamamilə uyğun deyil: borusuz (kamer) təkər xüsusi qurğular olmadan diskə taxıla bilməz, buna görə də bütün təkər yığımı, ehtiyat kimi daşınır. Bəzi ehtiyat təkərlər (qəza təkəri, "dokatka") uzun məsafəli səyahət üçün nəzərdə tutulmayıb; əksəriyyəti üçün maksimal iş sürəti 80 km/saatdir.

Tarixi

XIX əsrin sonlarında yaradılan ilk avtomobillərdə sadə bir səbəbdən ehtiyat təkər yox idi - bərk rezin və ya taxta təkərləri deşmək mümkün deyildi. Rahatlıq səviyyəsini artırmaq üçün avtomobillər "pnevmatiklər" (elastiklik üçün hava ilə dolu yarım təkərlər) ilə təchiz olunmağa başlandıqda, sürücülər dərhal çox deşilmə problemi ilə üzləşdilər. 100 – 120 il əvvəl yəni, yol nəqliyyatının ilk günlərində avtomobillər adi torpaq, atların nallarından çıxmış mismarların rast gəlindiyi yollarda hərəkət edirdilər. Təkər deşilməsi adi hal idi və sürücünü təkər diskini açıb, ordan təkəri çıxarmağa, borunu yapışqanla bərpa etməyə, təkəri yenidən yerinə taxmağa, şişirməyə və təkəri yerində möhkəmlətməyə məcbur edirdi. Konstruktorlar tez bir zamanda "hər ehtimala" əlavə təkər götürməyin lazım olduğunu başa düşdülər. Daha doğrusu, təkərlərin hamısı dəst şəklində deyil, yalnız borulu və ya bir – birinə bağlanmış cüt təkər – çünki təkər "stupitsası" sökülməyən idi. Yəni, yalnız halqası olan təkər sökülə bilərdi.

Ehtiyat təkəri gövdənin yanlarına - sağda, bir qayda olaraq sürücü tərəfdən yerləşdirilirdi. Axı, XX əsrin əvvəllərində avtomobillərdə sükan tam olaraq avtomobilin uzununa oxunun sağında yerləşirdi. Təkər diskinin və əvvəlcədən quraşdırılmış təkərin birləşməsi sürücülər arasında o qədər məhşurlaşdı ki, eyni anda iki ehtiyat təkəri daşımaq, qayda halına gəldi. Avtomobil istehsalçıları avtomobilləri, tez – tez ehtiyat təkərlər üçün yandan quraşdırılmış bir və ya iki bərkidici ilə təchiz edirdilər. Ehtiyat təkərlər ön qanadların arxasına quraşdırılırdı, belə onlar asma ayaq altlıqları ilə yaxşı uyğun gəlirdi (nazik kandar qapıların altında pilləkən rolunu oynayırdı).

1909 – cu ildə ehtiyat təkər diski və təkər ilə təchiz olunmuş ilk avtomobillər, "Thomas B. Jeffery Company" şirkətinin "Rambler" modeli idi. Dəyişdirilən təkər və Ramblerdə əvvəlcədən quraşdırılmış təkər sürücünün deşilmiş təkəri tez dəyişdirə bilməsi demək idi. Deşiilmiş təkəri daha əlverişli vaxtda və yerdə təmir etmək olardı.

Lakin, o illərin digər marka (məsələn, Ford T) avtomobillərinin aşağıdakı fotoşəklində həm ayrı təkərlər, həm də tam ehtiyat təkərləri görə bilərsiniz.

Ehtiyat təkər bərkidiciləri adətən ön oxun arxasında, kandar və qanad arasındakı xüsusi bir oyuqda yerləşirdi, buna görə ehtiyat təkərlər sərnişin məkanını və yük yerini tutmurdu.

Zamanla təkərlərin qurluşu daha da mükəmməl oldu: 1923-cü ildə təkər istehsalçıları sərt pambıq parçadan hazırlanmış "karkas"dan istifadə etməyə başladılar, 10 il sonra isə təkərlər viskozdan hazırlanmış bir əsas aldı. Bütün bunlar rezinin möhkəmliyini artırdı və davamlılığına müsbət təsir göstərdi. Yol tikintisi də dayanmadı və deşiklərin sayı ciddi şəkildə azaldı. Bir ehtiyat təkər ilə kifayətlənmək olardı.

Onun yerləşdirilməsi üçün ən məntiqli yer arxa hissənin mərkəzi oldu. Təhlükəsizliyə və estetik səbəblərə görə bəzi istehsalçılar ehtiyat təkərlərini xüsusi bir örtüklə – yumşaq parça və ya hamar metal ilə tamamilə təkəri örtmüş, kor dəlik yaratmışdılar. Ancaq uzun müddət burada müxtəlif dəyişikliklər mümkün oldu.

XX əsrin I yarısının bir çox yüksəkkeçidli avtomobillərində ehtiyat təkər gövdənin arxa divarına üfüqi şəkildə və ya yan tərəfdə quraşdırılırdı - ancaq ön oxun arxasında yox, arxa təkərin qarşısında, çünki təkər bazasının uzunluğu və qapı ilə ön qanad arasındakı məsafə onun yerləşməsinə imkan vermirdi – sadəcə yer yox idi.

Nəhayət, bir çox yük maşınında, ehtiyat təkəri gövdənin altına yerləşdirildi. Bu həll çox məşhur oldu və sonradan uzun müddət davam etdi. Yük maşınının ehtiyat təkərinin alternativ yerləşməsi – kabinənin arxa divarında şaquli yerləşmə idi - lazımlı məkana qənaət etməyə imkan verdi, ancaq dəyişmə zamanı sürücü problemi ilə üzləşirdi - böyük diametrli ağır təkəri necə çıxartmaq (və sonra yerinə qaytarmaq).

Maraqlıdır ki, 1941-ci ildə resurs çatışmazlığı səbəbindən ABŞ hökuməti qanunvericilik səviyyəsində yeni avtomobillərin ehtiyat təkərlərlə təchiz edilməsini qadağan etdi.

Ehtiyat təkərinin miqrasiyası

Zamanla avtomobil gövdələri getdikcə aerodinamik forma əldə etdi, "ponton" gövdə quruluşunun məhşurluğu artdıqca, yanlar ehtiyat təkərinin quraşdırıla biləcəyi ayaq altlıqlarını itirdi. Məhz buna görə minik avtomobillərindəki 5-ci təkər tamamilə arxaya "köçdü" – əvvəl, əvvəlki tək, yük yerinin xaricində, daha sonra – daxilində. Sən demə, bu şəkildə təkərlər daha yaxşı qorunacaq, konstruktorlar isə ehtiyat təkərini necə yerləşdiriləcəyi barədə fikirləşməyə və stilistik olaraq digər dizayn elementləri ilə əlaqələndirməyə ehtiyac duymazlar.

XX əsrin 60 – cı illərinin sonlarına qədər əksər avtomobillərin təkərləri kifayət qədər böyük xarici diametrlə xarakterizə olunduğundan, ehtiyat təkəri üfüqi və ya bucaq altında yerləşdirilməli idi, nəticədə yük bölməsinin həcmini xeyli azaldırdı.

14, sonra isə 13 düymlük təkərlərə kütləvi keçid başlayan kimi, konstruktorlar yük bölməsində şaquli olaraq 5-ci təkər üçün mükəmməl bir yer tapdılar. Parlaq nümunə - Fiat 124 (və ya sedan gövdəsi olan istənilən Jiquli), ehtiyat təkəri sol arxa hissənin arxasındakı qanad boşluğuna quraşdırılmışdı ki, bu da ümumiyyətlə yük yerində məkanı tutmur!

Düzdür, bütün konstruktorlar köhnə tərzdə təkəri "necə gəldi" yerləşdirməklə belə gözəl və tutarlı həllər tapmadılar. Universallarda ehtiyat təkəri, yük bölməsinin döşəməsi altında xüsusi bir yuvada üfüqi şəkildə yerləşirdi.

70 – 80-ci illərdə bu seçim praktik olaraq bütün digərlərini ələ aldı. Bunun bir vacib çatışmazlığı olmasına baxmayaraq - əgər ehtiyat təkəri təyin olunmuş məqsəd üçün istifadə edilməli olsaydı, yuvada olan təkəri götürmək üçün bütün yük çıxarılmalı idi.

Buna görə, bəzi avtomobillərdə ehtiyat təkəri salonun yan tərəfindən deyil, yük bölməsinin döşəməsinin altına qoyulmuşdur. Bunun üçün təkərin yerə endirilməsinə imkan verən bir mexanizm olan xüsusi bərkidicinin (kronşteyn) istifadəsi tələb olunur.

Lakin, burda əmma var idi: ehtiyatiyat təkərini çıxarmaq üçün sürücü diz çökməli idi, təkər özü isə həmişə əllərini çirkləndirirdi, çünki çirk davamlı olaraq təkərlərin altından və yol səthindən ona hopurdu.

Digər bir variant - ehtiyat təkərinin mühərrik bölməsində quraşdırılması. Elə gələ bilər ki, kifayət qədər böyük bir təkəri dar mühərrik bölməsinə yerləşdirmək demək olar ki, mümkün deyil. Ancaq müəyyən tövsiyələr və quruluş düşüncəsinin gücü bu vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Məsələn, Sovet Tavriasında "stupitsa"nın olmaması səbəbindən, ehtiyat təkərini MacPherson dayağının sol stəkanına sanki "geyinmişdir". Mühərrik bölməsində təkər, digər sovet maşınlarında da var idi – məsələn, Zaporojets, Oka və ya VAZ-2121.

Mühərrik bölməsindəki qızma səbəbindən ehtiyat təkərinin daima isinməsi, rezinin vaxtından əvvəl köhnəlməsinə səbəb olduğunu müdafiə edən bu qərara qarşı çıxanlar da var idi. Təcrübədə, aktiv istifadə zamanı, təkərin istismarı daha sürətlə köhnəlir.

Bəzi yolsuzluq avtomobillərində təkər hələ də arxa qapıda şaquli vəziyyətdə yerləşdirilib. Bu həllin çatışmazlığı – bərkidilmə üçün xüsusi bir bərkidici təmin edilmədiyi təqdirdə, qapının "petlələri" və metalındakı böyük yükdür.

Krossoverlərdə, ehtiyat təkər tez – tez yarım yük bölməsi döşəməsinin altına (xaricdən) qoyulur, lakin həndəsi çarpazlıq qabiliyyəti pisləşir – kobud ərazi üzərində hərəkət edərkən "beşinci nöqtə" ilə yerə enmə riski var.

Bir sözlə, beşinci təkəri necə yerləşdirməyinizdən asılı olmayaraq, yenə də mane olacaq.

“Dokatka”da getmək

Zamanla təkərlər "protektor"un eninə nəzərəçarpacaq dərəcədə artdı, hətta diskin diametri, azlitrajlılarda 15 – 16 düymə qədər artdı. Ehtiyat təkərini dar yuvaya yerləşdirmək olduqca çətin oldu, ona görə də çox vaxt "dokatka" adlanan və ya qəza təkəri rolunu 5-ci təkər oynayır.

Kiçik diametr və eninə görə adi ehtiyat təkərindən fərqlənir, buna görə "dokatka" tam ölçülü təkərdən daha yığcamdır. Əlbəttə ki, bu, daimi istismarı nəzərdə tutmur, ancaq adi təkəri düzəltmək üçün ən yaxın təkər təmiri emalatxanasına çatdırmağa imkan verir.

"Dokatka"dan istifadə edərkən, hansı təkərin zədələnməsindən asılı olmayaraq, qəzalı olanı arxa oxa qoymağın və 80 km/saat sürətdən yuxarı hərəkət etməməyinizi unutmayın.

Daha bir variant - müvəqqəti təkər, yük yerinin yuvasında boş vəziyyətdə saxlanır. Volkswagen Touareg və Porsche Cayenne belə "dokatka" ilə təchiz olunub, ona görə də parlaq qırmızı diski istifadə etməzdən əvvəl onu kompressorla əvvəlcədən doldurmaq lazımdır, çıxarılmış tam ölçülü təkər isə döşəmə altına sığmayacağı üçün yük bölməsinə yerləşdirilir.

“Ehtiyat təkəri” – hansı ki, yoxdur

Daha da inkişaf etmiş bir variant - ehtiyat təkərinin tamamilə olmaması. Bunun əvəzinə yük bölməsinə "qermetik" və kompressordan ibarət xüsusi təmir dəsti yerləşdirilir. Deşildikdə, "qermetik"i təkərin üz qabığına çəkmək və işləmə təzyiqinədək kompressorla doldurmaq lazımdır.

Təcrübədə, güclü zərbədən sonra təkərlərin yan hissəsi, heç bir "qermetik"in "sıxa bilməyəcəyi"  belə bir ölçülü dəlik yarana bilər. Buna görə ehtiyat təkərin tamamilə olmaması inkişaf etmiş xidmət infrastrukturu, hamar və təmiz yolları və yaşayış məntəqələri arasında qısa məsafələr olan Qərbi Avropa ölkələri üçün uyğundur.

Hazırladı: AVTO KLUB AZƏRBAYCAN klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Mənbə: AvtoKlub Azərbaycan

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR