Slimfit
  1. TARİX

Əhsənül-Qəvaid - "Əkinçi", 1 yanvar 1876, №12/Məktubat

Əhsənül-Qəvaid - "Əkinçi", 1 yanvar 1876, №12/Məktubat
Sakura

Əhsənül-Qəvaid - "Əkinçi", 1 yanvar 1876, №12/Məktubat

Alişanlı Həsən bəy! Cənab Heydərinin cavabında icmaları yazarsan ki, bizim peyğəmbərimizin buyurduqları əlelmü elman elmül-əbdan, elmül-ədyan qövlündə vaqe olan elmi-əbdan külli-ülumi-dünyəviyyədən ibarətdir. Bu illətə ki, ülumi-dünyəviyyə səbəb olur təksiri-əbdani-insan və heyvana əfradi-insanın və ənvai-heyvanın kəsrəti kimi və təksiri-əcsadi-nəbatat və cəmadata məzare və bağ və bostanın kəsrəti kimi və dari-büyut və dükan və rübatın kəsrəti kimi, vəsi olur onların əbdan və əcsadının hifz və tərbiyətinə. Bu səbəbə görə elmi-dünyəviyyə elmi-əbdan ismilə təsmiyə olunubdur və elmi-ədyan külli-ülumi-üxrəviyyədir, ibarətdir ki, elmi-din təsmiyə olunubdur və elmin iki qism olmasının vəchi budur ki, bəni-noibəşərin hali-həyatında iki qism ehtiyacı vardır. Əvvəlinci ehtiyac cismani və ikinci ehtiyac ruhanidir. Pəs hər elmi ki, rəfi-ehtiyaci-cismani edər, ona elmi-əbdan deyilir və hər elmi ki, rəfi-ehtiyaci-ruhani edər, ona elmi-ədyan deyilir.

Amma bəni-noibəşərin ehtiyaci-cismanisi mə’lum və aşkardır ki, insan halihəyatında möhtaci-təhsili-məaşa və təksibi-mə’kulat və məlbusata və tədbirimənzil və məskən və təhzibi-əxlaqa və təməddüni-ictimaa və cəlbi-nəf və dəfizərərə və möhtac-ileyhlərin hər biri mövqufdur ülumi-mütənəvviə və kəsirəyə. Məsələn, təhsili-məaş və məgulat mövqufdur elmi-fəlahətü ziraətə və elmi-ğərsvə peyvəndə, elmi-məcariyil-iyun vəl-ənharə və həfri-qənaətü ubarə və elmi-hifzaiheyvanatü tüyurə və elmi-istiyadü huşü səmukə və təhsili-məlbusat mövqufdur elmi-nəscü hekayətə və elmi-səbağətü xəyatətə və elmi-kəsbü ticarətə və tədbirimənzil mövqufdur elmi-təmirü ticarətə və elmi-həddadivü cərri-əqsalə və bu elmlərin hər birinin təhsili-əsbab və alatı mövqufdur fünuni-kəsirəyə misli-elmiməadin və elmi-şimya və elmi-fizikə və elmi-ximya və elmi-matematika və elmiməsahət və elmi-xəvassi-əşya və elmi-həndəsə və elmi-hesab və elmi-edada və bunların təhsili mövqufdur elmi-kitabət və qiraətə. Bir löqmə çörəyin təhsilində fünuni-mütənəvviəni cəm görərsən. Və amma bəni-noi-bəşərin ehtiyacı-ruhanisi o da genə vazeh və aşkardır.

Ġnsan kətmi-ədəmdən ərseyi-vücuda gəlib, bu aləmə baxıb təsəvvür edər ki, aya bu mövcudatı ki, anən-fəanən təcəddüdi-təğyirdədir, kim mövcud edibdir ki, bizim bu vücudumuz mövt olandan sonra ədəmi-məhz olacaq ya bir əlahiddə aləmdə genə mövcud olacaqdır? Pəs insan bu təsəvvüratda cövr edər və bu gunə təsəvvürat onu işgəncəyə çəkər ki, aya bizi bu aləmə kim gətiribdir və aya onilə bizim aramızda bir vasitə var ya yox və biz mövt olandan sonra aləmi-digərdə nə tövr olacaqdır. Pəs insan möhtac olur bu günə ruhani təsəvvüratı fəhm-dərk etməyə və bu ehtiyacın rəfi mövqufdur təhsili-elmi-fəqahətə və elmi-kəlama və elmitəfsirə və elmi-hədisə və bu elmləri təhsili mövqufdur elmi-nəhv və elmi-sərf və elmi-məan və bəyana və bunların təhsili mövqufdur elmi-kitabətə və inşaya və sair ülumi-müxtəlifəyə. Hər tərəfə baxsan özünü bu elmlərə möhtac görərsən. Buna binaən bizim peyğəmbərimiz ümmətini təhsili-üluma təhris etmək babında buyurublar: ey mənim ümmətim, bilin və agah olun ki, əlelmü elman elmül-əbdan və elmül-ədyan və məqami-təhrisdə elmi-əbdam elmi-ədyandan müqəddəm zikr buyurublar və ülumi-dünyəviyyə və axiriyyəni bu qövlündə cəm ediblər və çün bu iki elmin təhsili ağıl ilə mümkün olur, ona binanən buyurublar ki, ələqlü əqlan əqlül-məaş və əqlül-məad. Yəni xudavəndi-aləm bu iki əqli bəni-noi-bəşərə kərmaət edibdir ki, əqli-məaş ilə elmi-əbdam təhsil edə və əqli-məad ilə elmiədyam. Bu mətləbin təfsilatı var, lakin bu təhrirata küncayişi yoxdur, icmaları zikr olundu. Hər kəs bu icmalı mülahizə etsə, təfsili-ni fəhm edər, vəssəlam.

Şeyxülislami-Zaqafqaz axund Əhməd Hüseynzadə.

  • * *

Elmi-əbdan və əqli-məaş hədisini sual edənin cavabmda 2-ci fəsildir. Qəzetin 11-ci nömrəsində ərz oldu ki, elmi-əbdan ibarətdir ümurati-hifzibədəniyyə, əvarizati-məkruhədən və əqli-məaşı-əbdanın dolanacaq əsbab və mayəhtacların fərahəm gətirməkdən. Ġndi görək onun lüzumatı nədir?

Əlbəttə, təqazayi-zəmanəyə görə ki, əl-ümur və mərhunət-əhu biövqatiha63 cəmii-ülumi-mütədavilə və fünuni-müxtəriələrdən hər qədər əkməl və ətəmm ola yaxşıdır, əgər olmaya təəyyüş eləmək və məmləkət və millət saxlamaq müşkül olur. Ġməl lidünyakə kiənnək təişü əbədən64 hədisinin mənası əmələ gəlməz. Ona binaən ki, qonşular, leysə lil insani illa masə’a65 ayəsinin tərcüməsinə görə səy və kuşişi-təfəkkür və tədəbbür ilə ülumi-rəyasət və sənaət və ticarət və ziraət və məadin və sair fünuni-müxtəriələr ilə məmləkətlərin mə’mur və xəzanələrin məmlüvv ediblər.

Pəs fünuni-elmiyyə ki, dünyanı məmlüvv və mə’mur edib və yov-mənfəyövmən tərəqqidədir, elmi-əbdan məhsub olur, əqli-məaşı iştədməkdən hasil olur və o həzrətin elmi-əbdan və əqli-məaş hədisini buyurmaqdan mənzuru və onun hikməti budur. Belə ki, əvvəlinci fəsildə ərz oldu ki, cəmi ümuri-kəmaliyyeyidünyəviyyə bu iki fərmayişin təhtindədir. Aqil və həkim əxşaslar bu rümuzatilətifələrin mənasından öz dünya işlərinə rövnəq verib, möhkəm və müntəzəm edirlər. Bu səbəbə biz qüsuru öhdəmizə alıb əvvəlinci fəsildə dedik ki, bəzi məvaneə görə büdrak olmuşuq. Amma bu ki sail deyib müsəlmanlar behişt və huri və qılman ümidilə din və məad elmin yaxşı bilirlər, əgər o şəxs də bizim kimi insaf ortalığa qoya və inadı özündən kənar edə, bilər ki, bu aləmin vücudu və belə müntəzəm olmağı və icrami-kəvakibin gərdişi bisane olmaz. Saat ki, bir kiçik sənətdir məxluq işlərindən aqil və cahil onun çarxlarının müntəzəm olub işləməyinə baxsa yəqin edər ki, onun bir sanei var. Ġnsaf deyil insan elmi-əbdan və əqli-məaddan bixəbər və bu aləmin saneindən qafil olub ya sinfi-bəşərdən bir şəxsi bu aləmə sane bilib, qiyamət mövqufunda desin ya leytəni küntü türabən[1]. Hükəma deyiblər: vücud naqisi-ədəm tərəfdən yaxşıdır. Əgər bir kəs elmi-əbdan, əqli-məaşda vücudi-naqis ola, ondan yaxşıdır ki, elmi-ədyan və əqli-məadda ədəm sərf olsun. İnşallah gələn fəsildə əqlin mənasında göz açan və əql artıran sözlər ərz olunacaq.

Əhsənül-Qəvaid

İstinadlar

  1.  Nə olaydı ki, mən torpaq olaydım.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR