Slimfit
  1. BİOQRAFİYA

Əhməd xan Dünbili

Əhməd xan Dünbili
Sakura

Əhməd xan Mürtəzaqulu xan oğlu Dünbil (1745-1786) — Xoy xanı (1763-1786).

Dünbili tayfası tamamiylə türkləşmiş zaza əsilli tayfadır. Əhməd xan 1786-cı ildə qardaşı Şahbaz xanın övladları tərəfindən öldürüldü.

 

Hakimiyyəti

Xanlığın başında duran Əhməd xan (1763 – 1786) Təbriz xanlığının ərazisini birləşdirərək İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını da özünə tabe edə bilmişdi. Rusiya dövləti xanlığın artan nüfuzundan Türkiyənin istifadə edə biləcəyindən ehtiyat edirdi. Buna görə də xoylu Əhməd xanı öz tərəfinə çəkmək üçün bu işlə II Yekaterina özü maraqlanırdı. O, 1784-cü il iyunun 21-də Knyaz Potyomkinə bu haqda xüsusi tapşırıq vermişdi. Lakin rəsmi sənədlərdən göründüyü kimi, Xoy xanlığı Rusiyaya deyil, Türkiyəyə meyl edirdi. Hətta Türkiyə dövləti bunun müqabilində Əhməd xana böyük imtiyazlar vermişdi. Bundan əlavə 1784-cü ildə Xoy xanı Əhməd xan digər Azərbaycan xanları ilə birgə Axalsık paşasının yanına elçi göndərmişdi. Həmin elçilik qarşısında Sultandan kömək almaq məqsədi qoyulmuşdu.

Xoy, Təbriz və Naxçıvan xanlarının Bəyazid hakimi İsaq paşa vasitəsi ilə Osmanlı sultanından onlara başçı təyin edilməsi xahiş olunurdu. Bu xahişi nəzərə alan sultan onlara belə cavab vermişdir: "Biz ali məqamlı Xoy hakimi Əhməd xanı sizə başçı təyin edirik ki, birləşib ... qanuni düşmənimiz olan xristianlara qarşı birgə vuruşasınız.

 

Ailəsi

Əhməd xanın Hüseynqulu xan, Cəfərqulu xan, Əmiraslan xan, Kazım bəy adlı oğlanları, Mahşərəf bəyim adlı qızı vardı. Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir, Məhəmmədqulu xan Qasımlı-Avşar, Məhəmməd xan Ziyadlı-Qacar Əhməd xanın kürəkənləri idilər

 

Məktubları

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR