Slimfit
  1. CƏMİYYƏT

Əhaliyə isti hava ilə bağlı daha bir müraciət edildi

Əhaliyə isti hava ilə bağlı daha bir müraciət edildi
Sakura

Əhaliyə isti hava ilə bağlı daha bir müraciət edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  nazirliyin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova hazırda ölkə ərazisində isti hava şəraitinin müşahidə olunduğunu bildirib:

"Əksər rayonlarda hava yağmursuz olsa da, lakin bəzi dağlıq ərazilərdə - Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Cənubdan hərəkət edən isti hava kütlənin ölkə ərazisində təsiri nəticəsində havanın maksimal temperaturu həftəsonunadək Bakı və Abşeron yarımadasında 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir".

O söyləyib ki, durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkü yarada bilər:

"Bu, əhali üçün əlverişsizdir. İsti hava şəraitində əhalinin bol maye qəbul etməsi məsləhət görülür. Uzun müddət açıq havada günəş şüaları altında qalmaq tövsiyə olunmur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR