Slimfit
  1. AZƏRBAYCAN

Əhalinin siyahıyaalınmasında yenilik

Əhalinin siyahıyaalınmasında yenilik
Sakura

Əhalinin siyahıyaalınmasında yenilik

"2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Prezidentin 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən hazırlıq işlərinə başlanılıb. 

Siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavininin, ölkənin digər regionları üzrə isə şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılıb.

Fins.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Siyahıyaalma qrupunun rəhbərinin müavini Azad Abbasəliyev məlumat verib.

A.Abbasəliyev bildirib ki, Dövlət Statistika Komitəsində 32 nəfərdən ibarət Siyahıyaalma qrupu yaradılıb:

“Məqsəd əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsini və onun keçirilməsini, yekunlarının işlənməsini, nəticələrinin dərc edilərək yayılmasını təmin etməkdir.

Əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı ölkəmizdə akkreditə olunmuş beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Əhali Fondunun, BMT-nin Uşaq Fondunun, BMT-nin İnkişaf Proqramının, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşlər keçirilib və əhalinin siyahıyaalınması ilə bağlı əməkdaşlıq istiqamətləri müzakirə edilib. BMT-nin “2020-ci il mərhələsində əhali və mənzil fondunun siyahıyaalınmalarının keçirilməsinə dair Avropa statistikləri konfransının tövsiyələri”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dənirəli gələn öhdəliklər, 2017-ci il may ayının 31-də Azərbaycanın sədrliyi ilə keçirilmiş MDB-yə üzv olan dövlətlərin statistika xidmətləri rəhbərləri Şurasının 57-ci iclasının müvafiq qərarı, ölkəmizdə müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla siyahıyaalma və sorğu vərəqələri hazırlanıb, müvafiq metodoloji materiallar təsdiq edilib və onlar cari ilin 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda keçirilmiş əhalinin sınaq siyahıyaalınması zamanı uğurla sınaqdan keçirilib.

Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcəkdir. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb”.

DSK rəsmisi qeyd edib ki, ilk dəfə olaraq, siyahıyaalınama zamanı əlilliklə bağlı məsələlər də daxil edilib:

“Əvvəlki siyahıyaalmadan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq.

Məşğulluq sahəsində milli qanunvericiliyə və Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş beynəlxalq metodologiyalara əsaslanaraq, sorğu vərəqəsinə işçi qüvvəsini, həmçinin potensial işçi qüvvəsini, əhalinin məşğulluğunu, o cümlədən özünüməşğulluğunu, işsizliyini, iqtisadi qeyri-fəallığını və öz şəxsi istehlakı üçün mal istehsalı ilə məşğul olanları müəyyən edən bir sıra suallar daxil edilmişdir. Bu suallar əsasında iqtisadi və inzibati rayonlar üzrə peşə və vəzifələr, iqtisadi fəaliyyət növləri, cins və yaş bölgüsündə işçi qüvvəsinə dair əldə olunacaq məlumatlar ölkədə əmək ehtiyatlarının istifadəsinin əhatəli qiymətləndirilməsinə və əmək bazarında mövcud vəziyyəti daha geniş təhlil etməyə imkan verəcək”.

A.Abbasəliyevin sözlərinə görə, Azərbaycan əhalisinin yeni siyahısı 2022-ci ilin sonunda nəşr olunacaq:

“Siyahıyaalma zamanı yeni yanaşmalardan biri də əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıyaalmanın rayonlaşdırılması, yəni şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bolüşdürülməsinin təmin edilməsi məqsədilə şəhər və qəsəbə, kənd yaşayış məntəqələri üzrə əhalinin ilkin sayına və binaların (evlərin) sayına dair məlumatların inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçot sənədləri əsasında tərtib edilməsidir:

“Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında məcmuənin hazırlanması 2021-ci ildə, siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR