Dərc edildi: Baxış sayı: 649
Əhali koronavirusa qarşı pulsuz peyvəndlə təmin olunacaq
Təxminən 98 milyon az gəlirli indoneziyalı koronavirus peyvəndini pulsuz alacaq.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu ölkənin Elmi Tədqiqatlar, Texnologiya və Ali Təhsil naziri Bambanq Brojoneqoro deyib.
"Təxminən 97-98 milyon nəfərdən ibarət dövlət sosial proqramının iştirakçıları dərmanı pulsuz alacaqlar", - qurum rəhbəri bildirib.
Hazırda respublikanın müxtəlif qurumları və elmi institutları gələn ilin ortalarında kütləvi istehsala buraxıla biləcək peyvənd hazırlayır. Prezident Coko Vidodonun imzaladığı fərmanına görə, bu məqsədlərə büdcədən təxminən 2,5 milyard dollar ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət