Dərc edildi: Baxış sayı: 612
Əgər tüpürdüyümüzü yalasaq... - Ərdoğan
Həmişə deyirəm. Bura qəsəbə dövləti deyil, Türkiyə Cümhuriyyətidir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
"Bir daha təkrar edirəm, S-400 məsələsi ilə bağlı güzəşt edilməyəcək. Tüpürdüyümüzü yalasaq, bu, dövlət tərbiyəsinə uyğun gəlməz. F-35-lə bağlı isə müəyyən bir yerə qədər səbir edəcəyik. Mənim ümidim G-20 zirvəsində hörmətli Trampla ətraflı görüşümüzədir", - Ərdoğan söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət