Slimfit
  1. DÜNYA

Əfqanistanda Trampın telefonunu əlindən aldılar

Əfqanistanda Trampın telefonunu əlindən aldılar
Sakura

Əfqanistanda Trampın telefonunu əlindən aldılar

ABŞ prezidenti Donald Tramp Əfqanistanda səfəri zamanı telefonsuz qalıb.

Bizimyol.info xəbər verir ki, uçuşdan öncə prezidentdən və onun köməkçilərindən bütün mobil telefonları alınıb.

"Politico"nun yaydığı xəbərə görə, Trampın telefonsuz qaldığı müddət onun tvitter səhifəsindəki paylaşımlarını Ağ Evin işçiləri edib. Trampla birlikdə olan jurnalistlərə Əfqanistana eniş edənə kimi hara uçduqları haqda məlumat verilməyib. Təyyarənin hərbi bazaya, pərdələri bağlı və işıqları sönülü halda eniş etdiyi bildirilib.

Qeyd edək ki, Trampın Əfqanistana getdiyi noyabrın 28-i məlum olub. O, Əfqanistan prezidenti Aşraf Qani Ahmedzaemlə görüşüb və hərbi bazaya baş çəkib. Səfəri zamanı prezident Taliblərlə danışıqlarının yeniləndiyini bəyan edib. Bu Trampın Əfqanistana ilk səfəri olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR