Slimfit
  1. AZƏRBAYCAN

ƏƏSMN əlilliyi olan şəxsləri reabilitasiya vasitəsi ilə təmin edib

ƏƏSMN əlilliyi olan şəxsləri reabilitasiya vasitəsi ilə təmin edib
Sakura

ƏƏSMN əlilliyi olan şəxsləri reabilitasiya vasitəsi ilə təmin edib

Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1032 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, həmin insanlardan 125 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar olub.

Ötən ay əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 86 aşağı və yuxarı ətraf, habelə döş protezi, 61 yuxarı və aşağı ətraf ortezi, 666 müxtəlif reabilitasiya vasitəsi, 722 cüt ortopedik və protez ayaqqabı, 94 dördayaqlı dayaq vasitəsi, 65 cüt qoltuqaltı ağac, 149 cüt dirsəkaltı ağac və s. verilib.

Yanvar ayında 87 nəfər əlilliyi olan şəxs isə əlil arabaları ilə təmin edilib. Ümumilikdə ötən ay əlilliyi olan şəxslər Mərkəzin xətti ilə 2659 reabilitasiya vasitəsi ilə təmin olunublar, 83 nəfərə Mərkəzin stasionar bölməsində reabilitasiya xidmətləri göstərilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR