Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ədviyyatlar və onların faydalı xüsusiyyətləri

Ədviyyatlar və onların faydalı xüsusiyyətləri
Sakura

Ədviyyatlar və onların faydalı xüsusiyyətləri

Ədviyyatlar orqanizmin ən fərqli sistemlərinə müsbət təsir göstərdikləri üçün insan qidalanmasında mühüm rol oynayırlar.

Qafqazinfo” “MedikForum”a istinadən ədviyyatların faydalı xüsusiyyətlərini təqdim edir:

Vanil

Bu ədviyyat şokoladı sevən və onsuz yaşaya bilməyənlərə məsləhət görülür. Belə ki, vanilin qoxusu beyinə və iştahı stimullaşdıran hormonların sintezinə müsbət təsir göstərir. Ədviyyat stres və həyəcanı da aradan qaldırmağa kömək edir.  

Sarıkök

Sarıkökün köməkliyi ilə qanı təmizləmək, mədəni möhkəmləndirmək olar. Çoxdan məlumdur ki, sarıkök piy toxumalarının sıxlığını aşağı salır, piyin toplanmasının qarşısını alır, metabolizmi yaxşılaşdırır. Başqa sözlərlə desək, ədviyyat arıqlamaq istəyənlərə tam uyğundur.

Reyhan

Ədviyyat bir sıra faydalı xüsusiyyətlərə malikdir. İlk növbədə, ədviyyat əsəbləri möhkəmləndirir, yuxunu normallaşdırır, zehni fəaliyyəti stimullaşdırır və hüceyrələrin cavanlığını qoruyur. Ədviyyatın tərkibində olan çoxlu antioksidantlar sayəsində orqanizmin xarici qıcıqlandırıcılara reaksiyası yüksəlir, xərçəng hüceyrələrinin inkişaf riski aşağı düşür.

Qara yarpız

Bu ədviyyatın çox yaxşı faydalı xüsusiyyətləri var – antibakterial və iltihaba qarşı. Qara yarpız artıq çəkidən azad olmaq istəyənlər üçün əla vasitədir. Belə ki, o, həzm prosesini, qida qəbulunu yaxşılaşdırır. Ədviyyatın xərçəng xəstəlikləri ilə mübarizədə də rolu az deyil.

Çili istiotu

Bu ədviyyat immun sistemi üçün çox faydalır. Eləcə də o, endorfinlərin seçimini stimullaşdırmaq üçün beyinə xüsusi siqnallar ötürür. Başqa sözlərlə desək, çili yaxşı əhvala köklənməyə kömək edir. Və, demək olar, hər kəs bilir ki, çili çəki atmağa kömək edir, turşuluq prosesini gücləndirirərək piy toxumaları ilə mübarizə aparır.

Zəncəfil

Zəncəfildə, demək olar, orqanizmə lazım olan bütün antioksidantlar var. Ədviyyat arıqlamağa, mədədəki ağrılardan azad olmağa, beynin işini stimullaşdırmağa, ürək bulanmasının qarşını almağa kömək edir. Xoş qoxusu sayəsində zəncəfil yorğunluq, həvəssizlik və süstlük əleyhinə ideal vasitədir.  

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR