Ədliyyə Nazirliyində yeni təyinat
Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, yeniliklər və innovasiyaların tətbiq olunması, o cümlədən kadr islahatlarının aparılması barədə nazirlik tərəfindən ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.
Ens.az xəbər verir ki, bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu günlərdə Qabil Həmzə oğlu Əliyev nazirliyimizin İcra Baş idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edilib ki, Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, həmçinin elmi fəaliyyətlə də məşğul olub. O, 2006-cı ildən hüquq üzrə fəlsəfə doktorudur.
Vəzifədə irəli çəkilərək 2007-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə çalışıb. Xidməti fəaliyyətində dəfələrlə mükafatlandırılıb, analitik təhlil sahəsində xüsusi bacarıqları və işgüzarlığı ilə fərqlənib.
Hərtərəfli islahatlar dövründə Q.Əliyevin məhz bu keyfiyyətləri və iş tərcübəsi nəzərə alınaraq həmin qərar qəbul olunub.
Hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini idarənin digər müavini Fərid Əfəndiyev icra edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət