Əcnəbilər bank kartları ilə 800 milyon manata yaxın pul xərcləyiblər
2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Oxu.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin avqust sayına istinadən bildirir ki, hesabat dövründə Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 747 milyon manat təşkil edib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 144 milyon manat və ya 24 faiz artıb.
2018-ci ilin iyul ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 126 milyon manat təşkil edib. Bu da ötən ilin iyul ayı ilə müqayisədə 32 faiz artım deməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət