Slimfit
  1. MƏDƏNİYYƏT

Əcnəbi ifaçılar “Ağacda alma” oxudular

Əcnəbi ifaçılar “Ağacda alma” oxudular
Sakura

Əcnəbi ifaçılar “Ağacda alma” oxudular

Azərbaycanlı və əcnəbi ifaçılar maraqlı layihə ilə yadda qalıb.

Oxu.Az xəbər verir ki, ötən ay Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Daşkəsəndə keçirilmiş “Yaradıcılıq emalatxanası” adlı beynəlxalq düşərgədə estrada ifaçıları qala-konsert verib.

MDB dövlətləri gənclərinin iştirak etdiyi konsertdə əməkdar artist Şölə Səfərəliyevanın rəhbərliyi altında Azərbaycan xalq mahnısı “Ağacda alma” ifa olunub.

Belə ki, Nikita Adamçuk (Belarus), Kseniya Lebedeva (Rusiya), Moldir Tanqirberqen (Qazaxıstan), Nigar Cəlilova (Azərbaycan), Nikoleta Boduy, Korina Taka (hər ikisi Moldova), Asimxan Rəcəbov, Rəbiyə Hacıyeva (hər ikisi Tacikistan) bu mahnını oxuyublar.

 

Qeyd edək ki, bu düşərgə zamanı MDB gəncləri öz yaradıcılıq məhsullarını nümayiş etdirirlər.

Səbuhi MUSAYEV

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR