Slimfit
  1. ƏDƏBİYYAT

Əbülqasim Nəbati - Gözlərin

Əbülqasim Nəbati - Gözlərin
Sakura

Əbülqasim Nəbati - Gözlərin

Susuyubdur genə kimin qanına,
Xumar-xumar baxar hara gözlərin?
Nola bir də dolanaydım başına,
Qurbanı olaydım qara gözlərin!

Müqəvvəs qaşların etginən kaman,
Çəkginən müjgandan tiri-cansitan,
Bu xəstə canımı qılginən nişan,
Qoy etsin köksümü para gözlərin.

Sənubər qamətin, ey sərv rəftar,
Şümşadü ərəri etdi şərmsar,
Nə yalqız etmisən məni xarü zar,
Çoxları gətirib zara gözlərin.

Arizin dövründə zülfi-müşginab,
Qoymaz şəfəq salsın türsi-afitab,
Hökm qıl götürsün sayəsin səhab,
Bu dərdə eyləsin çara gözlərin.

Üzün şəşəəsi ey şəmi-Çəkil,
Xurşidi-xavəri etdi münfəil,
Belə ki, eşq odu oldu müştəil,
Çəkdirə həqq məni dara gözlərin.

Xədəngi-xunrizin, ey şirin mənzər,
Xosrovu təxtindən etdi dərbədər,
Həlqə edib əldə zülfi-müənbər,
Nə sehr oxur genə mara gözlərin?

Təzə gültək açılıbsan səhərdən,
Müzəyyən olusan ləlü gühərdən,
Yaxşı saldın Nəbatini nəzərdən,
Əcəb mail olmuş xara gözlərin!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR