Slimfit
  1. İQTİSADİYYAT

Müavinət və təqaüdlər artırılacaq - Nazirlər Kabineti təkliflər HAZIRLAYIB

Müavinət və təqaüdlər artırılacaq - Nazirlər Kabineti təkliflər HAZIRLAYIB
Sakura

Müavinət və təqaüdlər artırılacaq - Nazirlər Kabineti təkliflər HAZIRLAYIB

"Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı cənab Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə təkliflərin hazırlanması ilə bağlı tapşırıq verilmişdi. Nazirlər Kabineti üç ay ərzində təklifləri hazırlayıb, dövlət başçısına təqdim etməli idi".

Ens.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə verilən vaxt başa çatıb:

"Güman olunur ki, Nazirlər Kabineti tərəfindən təkliflər hazırlanıb və dövlət başçısına təqdim olunub. Təbii ki, təkliflərin qiymətləndirilməsi həyata keçirildikdən sonra prosedurlara uyğun olaraq növbəti mərhələdə cənab Prezident tərəfindən sənədin imzalanacağı gözlənilir. Bununla da sosial paketin yeni mərhələsində biz sosial müavinətlər və təqaüdlərin artmasını müşahidə edəcəyik.

"Hansı sosial müavinətər və təqaüdlərdə artımın olması isə sənəd imzalandıqdan sonra məlum olacaq. Bu istiqamətdə həm də büdcə müzakirələrində Milli Məclisə təkliflər təqdim olunub. Eyni zamanda, mediada müzakirə aparılıb. Amma konkret olaraq hansı sosial müavinət və təqaüdlərin artırılması sənəd imzalandıqdan sonra bəlli olacaq. Bütün hallarda sosial paketin növbəti mərhələsində müavinətlərin və təqaüdlərin artırılmasını müşahidə edəcəyik", - deyə V.Bayramov qeyd edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR