Slimfit
  1. BİOQRAFİYA

Əbülhəsən Vaqif

Əbülhəsən Vaqif
Sakura

Əbülhəsən Vaqif - XIX əsr Azərbaycan şairi

Əbülhəsən Vaqif 1845-ci itdə Salyan şəhərində bərəçi ailəsində doğulmuşdur. İlk təhsilini Salyanda mədrəsədə almış, fars dilini və klassik ədəbiyyatı öyrənmişdir. Lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməyən Vaqif mədrəsədən çıxaraq atasının yanında işləmişdir. Yalançı ruhanilər əleyhinə yazdığı tənqidi şeirlər onun təqibinə səbəb olmuş vs şair 1888-ci ildə Salyanı tərk edərək Bakıya köçmüşdür.

Vaqif Bakıda yaşayarkən "Məcməüş şüzra" ədəbi məclisinin yığıncaqlarına getmiş, Əbdülxaliq Yusif, Cənnəti, Seyid Zərgər və başqa şairlərlə yaxınlıq vs dostluq etmişdir, O, 1914-cü ildə Bakıda vəfat etmiş və Şıx (Bibiheybəi) qəbristanlığında dəfn olunmuşdur.

İlk şeirlərini gənclik illərində yazan Vaqifin bəzi qəzəlləri XX əsrin əvvəllərində mətbuat səhifələrində görünmüşdür. Lakin onun əsərləri tam halda əldə yoxdur. Ədəbiyyatşünas - alim Cənnət Nağıyeva şairin boyük zəhmət bahasına ələ gətirə bildiyi əsərlərini toplayaraq, 2000-ci ildə Bakıda nəşr etdirmişdir.

 

 

Qəzəlləri

 

Təxmisləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR