Dərc edildi: Baxış sayı: 678
Əbu-Dabi yenidən dünyanın ən təhlükəsiz şəhəri hesab edilib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi “Numbeo” internet resursunun versiyasına görə ikinci ildir ki, dünyanın ən təhlükəsiz şəhəri adını qazanıb.
AZƏRTAC xəbər verir ki, reytinqə dünyanın 338 şəhəri daxil edilsə də, məhz Əbu-Dabidə cinayətkarlığın ən aşağı səviyyəsi qeydə alınıb. Bununla yanaşı, Əmirliklərin ikinci iri şəhəri sayılan Dubay bu reytinqdə 11-ci yerdədir. Belə ki, Əbu-Dabi 13,63 bal, Dubay isə 19,03 bal toplayıb. Ötən illə müqayisədə hər iki göstərici yaxşıya doğru dəyişib.
Reytinqə təhlükəsizlik səviyyəsi ilə yanaşı, dolanışıq xərcləri və həyatın keyfiyyəti, ətraf mühitin çirklənmə dərəcəsi və səyahətin dəyəri kimi göstəricilər də daxil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət