Slimfit
  1. İQTİSADİYYAT

EBRD-nin iyulda Azərbaycana ayırdığı vəsaitin həcmi 18 mln. avro azalıb

EBRD-nin iyulda Azərbaycana ayırdığı vəsaitin həcmi 18 mln. avro azalıb
Sakura

EBRD-nin iyulda Azərbaycana ayırdığı vəsaitin həcmi 18 mln. avro azalıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-ci ilin iyul ayında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 18 mln. avro və yaxud 0,57% azalaraq 2018-ci il avqustun 1-nə 3,163 mlrd. avro təşkil edib.

Report”un məlumatına görə, verilmiş borclarda özəl sektorun mövqeyi dəyişməyərək 25% olaraq qalıb. Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 1 ədəd yaxud 0,6% artaraq 168-ə yüksəlib.

Qeyd edilən dövrdə Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 6 mln. avro və yaxud 0,25% azalaraq 2,352 mlrd. avroya düşüb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 3 mln. avro və yaxud 0,31% artaraq 979 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 7 mln. avro yaxud 0,49% azalaraq 1,433 mlrd. avroya bərabər olub.

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də dəyişiklik baş verib. Belə ki, bu layihələrin sayı 1 vahid yaxud 2% artaraq 50-yə çatıb.

Bankın Azərbaycandakı portfelində isə dəyişiklik olmayıb. Belə ki, ötən ilin oktyabrından bəri səhm payı 2% olaraq qalıb.

EBRD-nin cari portfelinin 49,72%-i yaxud 709 mln. avroluq hissəsi enerji, 42,08%-i yaxud 600 mln. avroluq hissəsi infrastruktur, 5,05%-i yaxud 72 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 45 mln. avroluq yaxud 3,16%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR