Dərc edildi: Baxış sayı: 903
Əbdürrəhman əfəndi Ünsi - Nə adətdir gözəllərdə, məni gördükdə neştərlər
Nə adətdir gözəllərdə, məni gördükdə neştərlər,
Çəkərlər tiği əbrudən nəzər əhlin qılışdərlər.
Vurarlar tiği tiğ üstən, tökərlər aşiqin qanın,
Misaldır, danəyə qəsd eyləyən quşları kişdərlər.
Əgər ləli-ləbin öpdümsə, qəhr etmə, bu rəsm olmuş,
Ələ bir alma düşdükdə qızarmış olsa, dişdərlər.
Dedim çaki-giribandı və ya sübhün dəmidi bu,
Nə kim hər dərdi-pürgiyməz, dedi olsa gümüşdərlər.
Şikayət eyləmə, Ünsi, gözəllər cövrü-zülmündən,
Fitad altun ola hərçənd, genə axır çəkişdərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət