
Şolts qorxurdu, Merz bu raketləri Ukraynaya verdi
Almaniyanın gələcək kansleri Fridrix Merz AB-dəki tərəfdaşlarla razılaşdırmaq şərti ilə “Taurus” qanadlı raketlərinin Kiyevə çatdırılmasına icazə verib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,o, bu barədə ARD televiziyasına müsahibəsində deyib.
“Biz bu müharibəyə özümüz girməyəcəyik, ancaq Ukrayna ordusunu belə silahlarla təmin edəcəyik”, - o bildirib.
Siyasətçi belə bir addımı yalnız avropalı tərəfdaşları ilə razılaşaraq atacağına aydınlıq gətirib:
“Avropalılar artıq qanadlı raketlər tədarük edirlər. İngilislər bunu edir, fransızlar edir, amerikalılar da edir. Bu barədə razılığa gəlmək lazımdır və razılaşdıqda Almaniya da bu tədarükdə iştirak etməlidir”.
Qeyd edək ki, hazırkı kansler Olaf Şolts uzun müddətdir müzakirə olunsa da, “Taurus”u Ukraynaya verməkdən imtina edirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət