Slimfit
  1. BİOQRAFİYA

Əbdürrəhman bəy Fətəlibəyli

Əbdürrəhman bəy Fətəlibəyli
Sakura

Əbdürrəhman bəy Fətəlibəyli - İkinci dünya müharibəsində Аzərbаycаn lеgiоnunun bаşçısı

bdürrəhman bəy Fətəlibəyli-Düdənginski (12 iyun 1908, Düdəngə kəndi – 20 noyabr, 1954, Münhen) — İkinci dünya müharibəsində Аzərbаycаn lеgiоnunun bаşçısı. ABŞ-ın "Аzаdlıq" rаdiоsunun Аzərbаycаn rеdаksiyаsının bаş rеdаktоru оlub.

Əb­­dur­­rəh­­man bəy Fə­­tə­­li­­bəy­­li-Dü­­dən­­gins­­ki 1908-ci ilin iyun аyının 12-də Naxçıvanın Şərur rаyоnunun Düdəngə kəndində аnаdаn оlub.

Tiflisdəki hərbi-piyаdа məktəbini bitirib, sоnrа Azərbaycan diviziyаsındа хidmət еdib. Moskvadа Hərbi Аkаdеmiyаdа təhsil аlıb. Minbаşı (mаyоr) rutbəsində оlmuşdur.

Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. "Əlincə yaddaşı, Naxçıvan, 1914-1992" kitabında yazılır: "Arpa çayının sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri dövlət aparatlarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan bir qayda olaraq qəzanın mirabı seçilərdi.

1914-1915-ci illərdə onu bir neçə dəfə şəxsən görmüşdüm, boy-buxunlu, saqqallı kişi idi. Səfəvilər1920-ci ildən etibarən xeyli zəifləmiş, mülkləri dağılmış, özləri də pərən-pərən düşmüşdülər. Səfəvilərin nümayəndəsi Teymur bəy ömrünün sonunadək Şərur Qəza İcraiyyə Komitəsinin katibi vəzifəsində işləmişdir. Tağı bəy Baş Noraşen natamam orta məktəbində rus dilini tədris etmişdir. Allah rəhmət eləsin, mən də ondan dərs almışam. Səfiyevlərdən Əbdürrəhman (Abo) Fətəlibəyov İsmayıl xanın (Nəso xanın) nəvəsi idi. Qərəz, İsmayılın övladları – Bəhlul xanı, Beytulla xanı, Rəşid xanı Sovet hökuməti zülmə düçar etdi, axırına çıxdı. Beytulla xandan başqa, hamısı məhv oldu. Səfəvilərin həm də Dərələyəzdə yaşayan Vəkilovlarla qohumluğu vardır. Səfiyevlər sülaləsində qalan nəslin az bir qismi hazırda Baş Noraşendə – Cəlilkənddə məskundur.

Bu sülalənin görkəmli şəxyyətlərindən biri də uzun illər ictimaiyyətimizə vətən xaini kimi təqdim olunan Əbdürəhman (Abo) Düdənginskidir. 1929-ci ildə Abonu komsomol sıralarından xaric edəndə gənc Əbdürəhman ona amansız mövqe tutanlar qarşısında əsəblərini cilovlaya bilməyib ağlayır və deyir ki, məni atama görə cəzalandırırsınız, axı mən onu görməmişəm, Allahın himayəsində böyümüşəm.

Beləcə, tənələrə, təhqirlərə dözməyən yeniyetmə kəndi gizlincə tərk edib Tiflisə gəlir. Tiflisdə hərbi məktəbdə oxuyan Əbdürrəhmanla tez-tez görüşərdik. Zaqafqaziya Kommunist Universitetində oxuyan naxçıvanlı tələbələrin yanına vaxtaşırı gələrdi.

Doğma kəndində verilən mənəvi əzablar ona rahatlıq verməzdi. Zavallı bilmirdi ki, qohumlarının qarşılaşacağı müsibətlər hələ irəlidədir. Açıq danışmağı sevirdi, düz sözün aşiqi idi. Qətiyyətlə deyirəm ki, o, heç zaman el-obasına, doğma xalqına dönük çıxa bilməzdi. Hər zaman bu fikirdə olmuşam. Ə.Fətəlibəylinin atası Əli bəy Fətəlibəyli də Naxçıvanın Şərur rayonunun Düdəngə, Zeybə kəndlərinin bəyi olaraq, hörmətli, tanınmış şəxsiyyətlərindən biri olub. Əli bəy Çar Rusiyasının vaxtında Türkistan, sonralar İrəvan quberniyasının sərhədi boyu zabit kimi xidmət etmişdir. İrəvan quberniyasında olan vaxt zabitlər yığıncağında bir rus zabiti müsəlman dininə istehza etdikdə, Əli bəy qılıncı ilə rus zabitini vurmaq istəmişdir. Oradakı zabitlər Əli bəyi sakitləşdirmişlər. Bir ay sonra Əli bəyi zəhərləyib öldürdülər. Böyük oğlu Qulam (Əbdürrəhman Fətəlibəylinin qardaşı) xatırlayırdı: "Biz gələn günün sabahı zabitlər yığıncağında axşam yeməyindən sonra atam özünü pis hiss elədi, gecə yarısında keçindi. Bu xəbər çatan kimi qaynı Nəsrulla xan bir neçə nəfərlə hərbi hissəyə gedərək, Əli bəyin cəsədini gətirib Düdəngədə dəfn elədi. Bu yolla Əli bəyi 1910-cu ildə zəhərləyib öldürdülər".

Atası belə faciəvi surətdə öldürüləndə Əbdürrəhman bəyin iki yaşı var idi. F.Düdənginski gənc yaşlarında əsgər getmiş, hərbi piyada məktəbini bitirmiş, Azərbaycan diviziyasında zabit olmuşdu. 1935-36-cı illər Moskva Hərbi Akademiyasına oxumağa göndərilmişdir. 1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanım Qazıyeva ilə evlənmişdir. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada aparmış və 1940-cı ilə qədər burada yaşamışlar. 1938-ci ildə Leninqradda ilk övladı Əli anadan olub.

 

Fəaliyyəti

Ə.Düdənginski olduqca bacarıqlı bir zabit idi. O, 1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləmişdir. 1940-cı ilə Sovet Ordusu hissələri Baltikyanı respublikalarını işğal etikdən sonra Ə.Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilmiş, orada almanlara əsir düşmüşdür.

Düdənginski haqda onunla tanış olan insanların, demək olar ki, hamısının fikirləri xeyli yüksək olub. Sonralar SSRİ-nin Müdafiə naziri olmuş, bir zamanlar Ə.Fətəlibəyli ilə birgə Baş qərargahın Akademiyasında oxumuş Sovet İttifaqı Marşalı A.Qreçko yazırdı: "O, heyrətedici bir aydın ağıla və təhlil düşüncəsinə malik idi və anadangəlmə komandir idi. Hərbi taktika məsələlərində bizim heç birimiz onunla müqayisə oluna bilməzdik".

İkinci Dunyа muhаribəsində leninqrad hərbi dаirəsinin qərаrgаhındа хidmət еtmiş, 6-cı şöbənin rəisi оlmuşdur. Sonradan almanların tərəfində bolşeviklərə qarşı vuruşmuşdur. Müharibədən sonra АBŞ kоnqrеsininmаliyyələşdirdiyi "Аzаdlıq" rаdiоsunun Аzərbаycаn rеdаksiyаsının, еyni zаmаndа "Аzərbаycаn" jurnаlının (C.Hаcıbəyli ilə birlikdə) bаş rеdаktоru оlub. АBŞ-lа, Qərb dovlətləri ilə ciddi əlаqələr qurub, Аzərbаycаnın müstəqilliyi uğrundа böyük mübаrizə аpаrıb.

 

Azərbaycan legionunda

Mühacirət illərində Sovet rejiminə qarşı ideoloji mübarizə aparmış, "Hakimiyyətin texnologiyası", "Partokratiya", Stalin və Beriya haqqında kitablar müəllifi kimi tanınan, əslən çeçen olan Əbdürrəhman Avtorxanov Ə.Fətəlibəylini belə dəyərləndirirdi:

"Hardasa 1943-cü ilin ortalarında Berlində Vermaxtın Ali Komandanlığının (OKV) qəbulunda qafqazlı görkəmində, Sovet hərbi əsiri zabiti formasında olan (xarici görkəmindən hiss edilirdi ki, düşərgədən yenicə azad olunub) bir nəfərlə qarşılaşdım. Qəbul otağında adamlar çox idi və bir qədər tərəddüddən sonra ona yaxınlaşıb qafqazlı olub-olmadığını soruşdum. Gözlənilməz sualdan səksəndi və cavab vermək əvəzinə eyni sualla da mənə müraciət etdi. Mən özümü təqdim etdim. O da dedi ki, keçmiş Sovet ordusu mayoru, azərbaycanlı Əbo Düdənginskidir. Həmin vaxtdan bizim dostluğumuz başladı. İnanıram ki, Abonu ömründə bir dəfə görən şəxs bu qeyri-adi insanı heç zaman unuda bilməz. Onun şəxsi ünsiyyəti, şahzadəliyi, çətinliyə düşən bir şəxsə köməyə hazırlığı hamını heyran edirdi".

Onun alman əsirliyindəki həyatı, fəaliyyəti barədə söz açanda isə mütləq araya İkinci Cahan Savaşı dövründə Reyxin yaratdığı legionlar məsələsi düşür.

Bu baxımdan, ümumiyyətlə, legionlarla bağlı bir para məqamlara da aydınlıq gətirmək gərəkdir. Ancaq bəri başdan bir haşiyə çıxaq ki, Azərbaycanda adıçəkilən məsələ ən az araşdırılmış sahələrdən biridir. Bu gün əlimizdə legionlar, o cümlədən Azərbaycan legionlarıyla bağlı iki geniş araşdırma var. Bunlardan biri Nəsiman Yaqubun "Azərbaycan legionerləri" kitabı, bir də MTN əməkdaşı, tarix elmləri namizədi Məmməd Cəfərlinin arxiv materialları və dərin araşdırmalar hesabına ərsəyə gətirdiyi Azərbaycan legionerlərinin bədii yaradıcılığından bəhs edən monoqrafiyasıdır.

 

Ölümü

Mikayıl İsmayılov SSRİ DTK-nın casusu, "SMERŞ"in zabiti "Müller" ləqəbli Georgi Vladimiroviç tərəfindən Düdənginskini öldürmək sifarişi alır və yalnız bu halda onun yenidən Azərbaycana qayıda biləcəyini bildirilir. Əbdürrəhman bəyin dostlarının söylədiklərinə və o dövrün alman mətbuatının yazdığına inansaq, İsmayılov bir müddət bu sifarişi yerinə yetirməkdə nəinki tərəddüd edir, hətta özünün missiyası haqda Düdənginskiyə məlumat verir. Ancaq son dərəcə vətənpərvər bir insan olan və bolşevizmə sonsuz nifrət bəsləyən Abo əvvəlcə həmyerlisini fikrindən daşındırır və onunla birgə çalışmağa dəvət edir, belə görünür ki, o da razılaşır. Çünki hərdən mübahisələri olsa da, Əbdürrəhman bəylə İsmayılov arasında, həqiqətən, yaxşı münasibətlər varmış. Ancaq Mikayıl sonunda dostunu öldürdüyündən, görünür, ya həqiqətən, özünü çox bacarıqlı casus kimi apararaq Fətəlibəyin etimadını qazanıbmış, ya da İsmayılovu bu qətlə vadar eləyən səbəblər qarşı tərəfin onu bu yoldan çəkindirmək üçün gətirdiyi dəlillərdən güclüymüş. Beləcə, dostlar həmin gecə xeyli yeyib-içirlər və gecə saatlarında xanım Böhmün evinə gəlirlər. Ancaq onların iki nəfər olduğundan heç 80 yaşlı ev sahibəsi də xəbər tutmur.

İsmayılov əvvəlcədən planlaşdırdığı kimi hələ kafedə ikən usta Föstledən aldığı çəkiclə əvvəlcə daha çox içkili olan Fətəlibəyliyə başından iki-üç dəfə güclü zərbə endirir, sonra da pencəyini başına salıb boğur. Onun öldüyünə əmin olduqdan sonrasa, meyiti mətbəxdəki taxtın altına itələyir, özü də xanım Böhmün yanına çıxıb içki istəyir və deyir ki, o, mətbəxdə yatacaq. Ancaq təbii ki, daha qətlin törədildiyi yerə qayıtmır. Xanım Böhm də həmin gecənin səhəri taxtın altında meyit görür, polisə xəbər verir və hamı ölən adamın məhz Mikayıl İsmayılov olduğunu güman edir.

Fətəlibəyliyə "İsmayılov" adıyla yas tuturlar. Lakin həm sadaladığımız səbəblərdən (meyitin göstəricilərinin, əsasən də boyunun İsmayılovun göstəricilərinə uyğun gəlməməsi), həm də qətldən bir neçə gün sonra "Azadlıq" radiosu Azərbaycan bölməsinin redaktoru Əbdürrəhman bəy Düdənginskinin yoxa çıxması xəbəri yayılanda hamı ölən adamın məhz Abo olduğu qənaətinə gəlir.

Fətəlibəylinin cənazəsi dekabrın 5-də Nyu-Uimdəki qəbristanlığa – 1954-ci ildə avtomobil qəzasından həlak olmuş qardaşı Seyfullabəy Fətəlibəylinin uyuduğu yerə gətirilir. Alman mətbuatının yazdığına görə, qəzəblənmiş azərbaycanlıları coşdurmamaq üçün polis dəfn yerindən xeyli arxada dayanıbmış. Ancaq həmyerlilərinin tabutu açmaq və meyitin həqiqətən Fətəlibəyliylə məxsus olduğunu dəqiqləşdirmək istəmələrinə rəsmi qaydaya zidd olduğu üçün icazə verilmir. Sadəcə, iki qərib qardaşın məzarlarının yanaşı olması üçün Seyfullabəyin məzarının yeri dəyişdirilir.

 

 

Məktubları

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR