Slimfit
  1. BİOQRAFİYA

Əbdürrəhim bəy Haqverdiyev

Əbdürrəhim bəy Haqverdiyev
Sakura

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev - Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas,…

Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan ittifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan ittifaq" (1899) Peterburqda nəşr edilmişdir.

Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk hekayələrini ("Ata və oğul", "Ayın şahidliyi") yazıb "İki hekayət" adı ilə çap etdirmişdir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamış, İrana - Mazandaran vilayətinə səyahət etmişdir (1907). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirmişdir.

Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918).

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq etmişdir. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924).

Bunlardan başqa ədib Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”,Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”,“Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”,Korolenkonun “Qoca zəng çalan” əsərlərini də tərcümə etmişdir.

 
Azərbaycan poçt markası (2014)

Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür (1933). Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

1933-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.

 

Gürcüstan Milli Şurasında çıxışı

Gürcüstan Milli Şurasının üzvü Əbdürrəhim bəy Haqverdiyevin Milli şuranın 19 dekabr 1918-ci ildə Tiflisdə keçirilən iclasındakı çıxışı. Xatırladaq ki həmin tarixdə Gürcüstan Ermənistan müharibəsi davam edirdi.

Vətəndaşlar, Parlamentin üzvləri

Bu tarixi anda mən Gürcüstan Respublikasının müsəlman vətəndaşları adıyla çıxış edirəm. Böyük Avropa müharibəsi bitdi. Biz əmin idik ki, bundan sonra xalqların yaxşı əlaqələri olacaq, ən əhəmiyyətlisi isə Zaqafqaziyada yaşayan xalqlar arasında. Ancaq bizim gözləntilərimiz olmadı. Qonşu respublika müharibə elan etdi. Bu müharibə üçün heç bir səbəb yox idi. Gürcülər və ermənilər arasında olan bütün məsələlər sülh yolu ilə həll oluna bilərdi. Bizim hökumət bu problemlərin həlli yollarını axtarırdı. Hansı ki bugün çap olunan depeşalardan da görünür. Ancaq bir erməni partiyası öz eqoist məqsədləri üçün bu müharibəyə başladı. Mən istəyirəm deyəm ki, əmin idim ki, 1905-ci ildə baş verənlər üçüncü şəxsin əli ilə olub, ancaq bugün buna şübhə edirəm. Biz müsəlmanlar parlamentə daxil olanda deklarasiya yayınladıq və bildirdik ki, Gürcüstan Respublikasında yaşayan müsəlmanlar bütün lazım olan ölçüdə düşmənlərdən ölkələrini qoruyacaqlar. Bu gün yenə bildiririk və təkrarlayırıq nə vaxt ki, sözdən işə keçmək lazımdır. 18-ci əsrin sonlarında Ağa Məhəmməd şah Şuşa qalasını muhasirəyə aldıqda Qarabağ xanı İbrahimə dəstək üçün Gürcü ordusu Aleksandre İrakli oğlunun başçılığıyla səfərə çıxdı. Hansı ki İran şahı sonra gürcülərə hücüm etdi. Borçalı mahalının müsəlmanları gürcü çarının əsgərlərinin yanında durdular və öz din qardaşlarına qarşı getdilər. Bu şərait bu gün də Borçalı mahalının müsəlmanlarının xatirəsində qalır. Artıq müsəlman razmi (hərbi birlik) təşkil olunub onlar Gürcüstan Respublikasının düşmənlərinə qarşı çıxırlar. Onlar təkcə Gürcüstanın müstəqilliyi üçün deyil bütün Zaqafqaziyanın mustəqilliyi üçün müharibə elan edirlər. Müstəqillik kimlər üçünsə dəyərlidir onlar hər imkanda onu qorumalıdırlar. Müsəlmanlar bunu anlayırlar və Gürcüstanın müstəqilliyini, Zaqafqaziyanın mütəqilliyini ayaqlar altına almaq istəyənlərə qarşı gedirlər. Borçalı müsəlmanları, mən inanıram ki, Gürcüstanın başqa mahalında yaşayan müsəlmanlar da: Siğnaği, Telavi, Axalçixe mahalı müsəlmanları hər şəraitdə öz ölkələrinin tərəfində dururlar. Bu mənim üçün böyük fəxrdir ki, parlamentə girəndə bildirəm - Yaşasın Gürcüstan.


Yaradıcılığı

Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" (1884) adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazıb.

1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir.

 

Filmoqrafiya

  1. Marallarım (film, 1963)
  2. Evlənmək istəyirəm (film, 1983)
  3. Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (AzTV) - əsərin müəllifi

 

Əsərləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR