Slimfit
  1. CƏMİYYƏT

“E-sosial” portalının 1,5 milyonadək aktiv istifadəçisi var

“E-sosial” portalının 1,5 milyonadək aktiv istifadəçisi var
Sakura

“E-sosial” portalının 1,5 milyonadək aktiv istifadəçisi var

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin geniş funksional imkanlara malik “e-sosial” portalının aktiv istifadəçilərinin sayı artmaqda davam edərək 1 milyon 476 min 800-ü ötüb. Ötən dövrdə portaldan istifadə sayı isə 74 milyondan çox olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

Portal pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 30-dan çox elektron arayışı rəqəmsal platforma vasitəsilə almağa imkan verir.

Beynəlxalq səviyyədə də yüksək dəyərləndirilən e-sosial.az portalı ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində “Platinium” kateqoriyasında qalib seçilib. Habelə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına (“Əmək və Məşğulluq” altsistemi ilə birgə) layiq görülüb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı isə e-sosial.az portalını qabaqcıl innovativ təcrübələrdən biri kimi təqdim edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR