Slimfit
  1. AZƏRBAYCAN

DYP "Son zəng"lə bağlı: Valideynlər, avtomobilləri məzunlara həvalə etməyin

DYP "Son zəng"lə bağlı: Valideynlər, avtomobilləri məzunlara həvalə etməyin
Sakura

DYP "Son zəng"lə bağlı: Valideynlər, avtomobilləri məzunlara həvalə etməyin

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYP), eləcə də rayon Dövlət Yol Polisi Şöbələri bu gün "Son zəng" günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

İdarədən Trend-ə verilən məlumata görə, təsdiq olunmuş plana əsasən orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub.

Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur: "Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq".

DYP valideynlər və məzunların diqqətinə çatdırır ki, son zəng günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq.

Sürücü və piyadalara tövsiyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər və son zəng tədbirlərinin təhlükəsizlik şəkildə başa çatmasına töhfə versinlər.

Qeyd edək ki, bu gün ölkə məktəblərində "Son zəng" tədbirləri keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR