Slimfit
  1. AZƏRBAYCAN

DYP reyd keçirib, sürücü və piyadalara xəbərdarlıq olunub

DYP reyd keçirib, sürücü və piyadalara xəbərdarlıq olunub
Sakura

DYP reyd keçirib, sürücü və piyadalara xəbərdarlıq olunub

 Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın küçə və prospektlərində piyadalarla bağlı maarifləndirci tədbir keçirib.

DİN-in Mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, tədbirdə yol hərəkəti qaydalarını pozan piyadalar müəyən edilib, onlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı əməl etməli olduqları qaydalar izah olunub.

Bakının “20 yanvar”, “İnşaatçılar” metrostansiyalarının ətrafında keçirilən tədbirlər nəticəsində 50-dən artıq piyadaya yol hərəkəti qaydalarını pozduğu üçün xəbərdarlıq edilib. Onlara piyada keçidindən istifadə etməyin vacibliyi izah olunub. Xəbərdarlığa məhəl qoymayan piyadalar barəsində isə inzibati protokol tərtib edilib.

Tədbir zamanı piyadaların daha çox “20 yanvar” dairəsindəki körpünün altında qayda pozmaları diqqət çəkib. Belə ki, Bakı-Sumqayıt və digər istiqamətlədə taksi fəaliyyəti ilə məşğul olan sürücülər sərnişinləri məhz körpünün altında avtomobildən düşürürlər. Nəticədə sərnişinlər yolu keçən zaman təhlükə ilə üzləşirlər. Yol polisinin əməkdaşları bu qayda pozuntusuna şərait yaradan sürücülərə də ciddi xəbərdarlıq edib.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlərin bundan sonra da davam etdirilməsi planlaşdırılır.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR