Dərc edildi: Baxış sayı: 701
Dünyanın ən yaşlı sakininin 117 yaşı tamam oldu
Dünyanın ən yaşlı sakini yaponiyalı Kane Tanakanın 117 yaşı tamam olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bununlar əlaqədar K.Tanakanın yaşadığı qocalar evində şənlik keçirilib.
Yaponiyalı K.Tanaka ad günü üçün hazırlanan tortu şərh edərkən bildirib: "Çox ləzzətlidir. Yenə istəyirəm".
Qeyd edək ki, K.Tanaka Ginnesin Rekordlar Kitabına 2019-cu ilin mart ayının 9-u daxil edilib. O zaman onun 116 yaşı olub.
K.Tanaka 1903-cü ildə Fukuoka prefekturasında dünyaya gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət