Slimfit
  1. DÜNYA

Dünyanın ən varlı cütlüyü açıqlanıb

Dünyanın ən varlı cütlüyü açıqlanıb
Sakura

Dünyanın ən varlı cütlüyü açıqlanıb

“Forbes” jurnalı dünyanın ən varlı cütlüyünü açıqlayıb.

AZƏRTAC xəbər verir ki, 5,9 milyard dollarlıq sərvətləri ilə Tom və Cudi Love cütlüyü siyahıda ilk sırada qərarlaşıb. Tom və Cudi ABŞ-ın 41 ştatındakı 470 yük maşını dayanacağı və satış mağazalarından ibarət “Love's Travel Stops & Country Stores” şirkətinin sahibidirlər.

Siyahıda sonrakı yerlərdə 5,6 milyard dollar sərvətləri ilə “Wonderful Co.” şirkətinin sahibi Linda və Stivart Resnik cütlüyü, 4 milyard dollarla Diane von Furstenberq və Barri Diller (“InterActiveCorp”, “Expedia Group”, “Fox Broadcasting Company” və “USA Broadcasting”in sahibləri), 3,4 milyard dollarla Peqi və Andre Çernq (“Panda Express” və “Panda Restaurant Group”un sahibləri), 3 milyard dollarla Jin Suk və Do Von Çanq (“Forever 21” mağazalar şəbəkəsinin sahibləri), 2,8 milyard dollarlıq sərvətləri ilə türkiyəli Eren və Fatih Özmen cütlüyü (“Sierra Nevada Corporation”ın sahibləri) qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR