Dərc edildi: Baxış sayı: 591
Dünyanın ən ucuz şəhərləri açıqlandı — Siyahıda Bakı da var
Müxtəlif ölkələrdə qiymətlər haqda məlumat toplayan “Numbeo” portalı, 2019-cu ilin birinci yarımilinin nəticələrinə əsasən, yaşamaq üçün dünyanın ən ucuz şəhərlərinin adlarını açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, birinci yerdə Pakistanın Ravalpindi, ikinci yerdə Karaçi, üçüncü yerdə isə İslamabad şəhəri qərarlaşıb.
Siyahıda Tbilisi (Gürcüstan) 30-cu, Bakı (Azərbaycan) 43-cü, Kiyev (Ukrayna) 58-ci, Antalya (Türkiyə) 61-ci olub.
Ən bahalı şəhərlər isə San-Fransisko, Nyu-York, Cenevrə, Bazel, Lozanna, Bruklin, Vaşinqton, San-Xose və Bostondur.
Qeyd edək ki, reytinq cədvəlində yer alan şəhərlərdəki yaşayış minimumu ABŞ-ın Nyu-York şəhəri ilə müqayisədə hesablanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət