Dərc edildi: Baxış sayı: 868
Dünyanın ən rəngli məscidi görənləri heyrətləndirir
İranın Şiraz şəhərində yerləşən və “Çəhrayı məscid”olaraq da adlandırılan Nasir al-Mulk məscidi rəngarəng quruluşu ilə görənləri heyrətləndirir.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, məscidin cənub hissəsində yerləşən rəngli şüşələrdən səhər saatlarında içəridə görülən rənglər cəzbedici bir atmosfer yaradır. Bu səbəblə səhər saatlarında məsciddə ziyarətçi sayı çox olur.
Məscidin dekorativ şüşələrində çəhrayı rəng üstünlük təşkil etdiyinə və işığın bu rəngin hakimiyyətini daha çox hiss etdirdiyinə görə “Çəhrayı məscid” adlandırılır.
Məscid Qətər kralı Mirzə Həsən Əli Nasir Əl-Mülkün əmri ilə 1876-1888-ci illər arasında inşa edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət