Dünyanın ən qorxunc bazarı
Togonun paytaxtı Lomedə yerləşən Vudu dininin mərkəzlərindən biri Akodesseva bazarı rahat-rahat gəzilə biləcək adi bir bazar deyil.
Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, bazarı ziyarət etmək istəyənlər ciddi şəkildə özünü psixoloji olaraq hazırlamalı və ziyarətdən sonra psixoloji kömək almalıdırlar.
Vuduya inanan yerlilər Vudu rahiblərindən məsləhət almaq və şəfa tapmaq üçün Akodesseva bazarını ziyarət edir.
Amma şəfanın müxtəlif heyvanların quyruq, baş sümüyü və dərisində axtarılması olduqca qeyri-adidir. Yerli inanclara görə heyvanların quru baş sümüyü uğursuzluqdan da qoruyur.
Akodessevada satılan mallar Vudu dininə görə hər şeyin təməlində olan “ruhları” köməkçi olmağa razı salmaq üçün inananlara satılır.
Vudu mədəniyyətinə aid digər vacib əşya isə Vudu gəlincikləridir. Vudu gəlincikləri cadu üçün istifadə olunur. Cadu ediləcək birinin bədən parçaları cadunu qüvvətləndirmək üçün gəlinciyin quruluşuna da əlavə edilə bilər.
Aralarında həm kişi, həm də qadın olan Vudu cadugərlərinə yerlilər tərəfindən çox hörmət göstərilir. Lomedəki ənənəvi tibb bazarında təbiblər öz mallarını satmağa çalışır. Bu sənət nəsildən-nəsilə ötürülür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət