Slimfit
  1. MARAQLI

Dünyanın ən qədim “smaylik"i Karkamışdan çıxdı

Dünyanın ən qədim “smaylik"i Karkamışdan çıxdı
Sakura

Türkiyənin Qaziantep rayonundakı Karkamış antik şəhərində builki mərhələsi tamamlanan qazıntı işləri…

Suriya sərhədinə yaxın, dünyanın ən mühüm antik şəhərlərindən biri olan Karkamışda Türkiyə-İtaliya arxeoloq qrupu tərəfindən gün işığına çıxarılan 3700 yaşlı şərab qabının üzərindəki "gülücük" işarəsi diqqəti cəlb edir.

  Karkamış antik şəhərində həyata keçirilən qazıntılara başçılıq edən İtaliyanın Bolonya Universitetinin müəllimi, professor Nikolo Marçetti deyib:

  “Karkamış antik şəhəri miladdan əvvəl 2-ci minillikdə Anadolu və Mesopotamiyada hökm sürən hititlerin mühüm şəhərlərindən biri olub. Türkiyənin ən geniş memarlıq qazıntı sahələrindən biri olan Karkamışda bu vaxta qədər dəmir dövrünə, qədim Hititlər zamanına aid qalıqlar tapılıb. Bu il isə Hitit imperatorluğuna aid təbəqələrə çatmışıq. Karkamış krallığına dair əhəmiyyətli məlumatlar əldə etmişik. Bu məlumatlar işığında tarixdə yeni səhifələr yaza biləcəyik.

  Şəhərin nekropol sahəsində o dövrdə tabut olaraq istifadə edilən küplər, ölülərin küllərinin qoyulduğu gil qablar, vazalar və bəzək əşyaları tapılıb. Bunlardan ən maraqlısı miladdan əvvəl 1700-ci ilə aid, üzərində gülücük işarəci olan şərbət qabıdır. Yəqin dünyanın ən qədim gülümsəmə işarəsi olan qabıdır. Usta bu işarədən nə məqsədlə istifadə edib, nəyi demək istəyib, bilmirik. Yaxınlarda tarixi əsər bərpaçı-usta tərəfindən birləşdirildi və ortaya bənzərsiz bir qab çıxdı. Bu şərbət qabı və digər arxeoloji tapıntılar Qaziantep Arxeologiya Muzeyinə təhvil veriləcək.”

 

Mənbə: TRT Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR