Dərc edildi: Baxış sayı: 636
Dünyanın ən qədim pendiri tapıldı
Misirin paytaxtı Qahirə şəhərinin cənubundakı Qiza vilayətində dünyanın ən qədim pendiri tapılıb.
Publika.az xəbər verir ki, pendir yaşı eradan əvvəl 13-ü əsrə qədər uzanan Memfis Ptahmes məzarlığında parçaya sarılmış formada aşkar edilib.
Mərkəzi Vaşinqtonda yerləşən Kimya Cəmiyyətindən verilən açıqlamada tapılan pendirin bilinən ən köhnə qatı pendir olduğu deyilib. Araşdırmalardan sonra pendirin inək, qoyun və keçi südünün qarışığından düzəldiliyi öyrənilib.
İkinci Ramzesin dövründə Misirin paytaxtı olan Memfisə başçılıq edən Ptahmesin məzarı ilk dəfə 1885-ci ildə bölgə sakinləri tərəfindən aşkar edilib. Lakin məzar yoxa çıxıb və daha sonra 2010-cu ildə tapılıb.
Zümrüd
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət