Slimfit
  1. TƏBİƏT

Dünyanın ən gözəl səhraları

Dünyanın  ən gözəl səhraları
Sakura

örənləri heyran edirlər

Sərt səhra şəraitində hansısa bir həyat ola biləcəyini təsəvvür etmək çətindir. Ancaq yenə də bəzi bitki və heyvanlara bu ekstremal şəraitdə özünə  ev tapmaq nəsib olurlar. Yəqin ki, səhraları özünəməxsus şəkildə gözəlləşdirən bu unikallıq və özəllikdir. Ens.az  Yer üzündəki ən gözəl səhraları təqdim edir.

ABŞ-ın Moxave səhrasında Ölüm Vadisi

Moxave Səhrası ABŞ-ın dörd şattı boyunca uzanır: Kaliforniya, Yuta, Arizona və Nevada. Hərəkət edən daşları ilə bütün dünyada tanınan  Ölüm Vadisi Milli Parkı xüsusilə maraqlıdır. Bundan əlavə, Ölüm Vadisi nefəs kəsən mənzərələrə sahibdir.

İordaniyada Vadi-Ram

Vadi-Ram səhrasında inanılmaz dərəcədə rəngarəng qaya birləşmələrindən həzz almaq olar. Səhra həm də burada yerləşən qədim qaya şəhəri Petra sayəsində turistlərin can atdığı populyar yerdir.

Monqolustanda Qobi Səhrası

Qobi Səhrasında təəccüblü qum təpələrini, gölləri və bitkiləri olan kiçik oazisləri, qayalıqları və çöl landşaftlarını görmək olar. Asiyanın ən böyük səhrası, qar bəbirləri və ya Qobi qəhvəyi ayıları kimi bənzərsiz heyvanlara ev sahibliyi edir.

Çilidə Atakama səhrası

Bu səhra ektremal temperaturu və ya böyük ölçüləri ilə təəccübləndirmir, və bununla belə dünyada ən quraq yer olduğu üçün məşhurdur.

Səhranın bəzi bölgələrinə tarix boyu yağış düşməyib. Bəlkə də Atakamanı dünyanın ən gözəl səhralarından birinə çevirən budur. Burada yalnız inanılmaz dərəcədə gözəl ulduzlu səmanı deyil, həm də heyrətləndirici mənzərələri görmək olar.

Sahara səhrası

Sahara, Yer üzündə bəlkə də hər bir insanın bildiyi səhradır. Söz yox ki, Yer üzündə ən böyük isti səhranın görənləri heyran etmək üçün çox şeyi var.

Şimali Amerikada Sonora səhrası

Sonorada unikal təbii şərait hökm sürür ki, bu da parlaq rənglərlə parlamağa və onu bioloji cəhətdən ən rəngarəng səhralardan birinə çevirməyə imkan verir.

Avstraliyadakı Pinnakls səhrası

Saysız-hesabsız əhəngdaşı sütununun bütöv bir ordu təşkil etdiyi Qərbi Avstraliyada sizi xüsusilə təsir edici bir mənzərə gözləyir. Sütunların hündürlüyü dörd metrə qədərdir və bəzilərinin yaşı 500.000-ə qədərdir. Pinnakls səhrasına baş çəkənlər boz kenqurular, emuslar və ya kakatularla qarşılaşmaq üçün yaxşı şansa sahibdir.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR