Dünyanın ən gözəl gülüşünə sahib qızın adı açıqlandı
“Ölkə.Az” xəbər verir ki, bu titul uğrunda 23-45 yaş arası bütün evli qadınlar iştirak edə bilərdi. Qadının ən azı 1 övladının olması şərt idi.
Bir neçə ay ərzində jüri üzvlərini Hindistan, Böyük Britaniya, Qazaxıstan və ABŞ-dan olan gözəllər gülüşləri ilə məftun etməyə çalışıblar. Bununla belə, müsabiqənin qalibi Rusiyanın Tümen vilayətində yaşayan Yelena Stanivlaskaya seçilib.
Yelenanın 28 yaşı var və Tümendə əri, qızı ilə birlikdə yaşayır. Bu günə qədər Yelena “2015-ci ilin anası”, “Miss Həmrəylik 2017” və “2018 Gözəllik Müsabiqəsi”nin qalibi olub. Bu dəfə isə “Kainatın Gülüşü” tituluna layiq görülüb.
Yelena hüquq üzrə təhsil alsa da, bir neçə ildir ki, vizajist işləyir.
Müsabiqədə ikinci yerə Tver sakini Anna Zabolotskaya seçilib. Böyük Britaniyadan olan Şeyni Heqan üçüncü yerə layiq görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət