Slimfit
  1. MARAQLI

Dünyanın ən gənc milyarderi

Dünyanın ən gənc milyarderi
Sakura

Sıfırdan zənginliyə

Dünyanın malik olduğu sərvəti sıfırdan özü qazanan ən gənc milyarderi 27 yaşlı irlandiyalı Con Kollison (John Collison) olub.

Day.Az lent.az-a istinadən bildirir ki, C. Kollison 2011-ci ildə "Stripe" ödəniş sistemini yaradıb və hazırda 100 mindən çox müştərisi olan bu şirkətin bazar dəyəri 9 milyard dollardan artıqdır. "Forbes"un hesablamasına əsasən C. Kollison və 29 yaşlı qardaşı, "Snapchat"in sahiblərindən biri olan Patrik Kollisonun şəxsi sərvətləri 1 milyard 300 milyon dollardır.

C. Kollison nə qədər pulu olduğu barədə suala belə cavab verib: "Bunu məndən çox insan soruşur və qeyri-adi cavab gözləyirlər. Amma belə cavabım yoxdur. Məndən zəngin olduqdan sonra həyatımın necə dəyişdiyini də soruşurlar. Mən isə boş vaxtımda sadəcə, qaçmaqla məşğul oluram. Bu, çox praktik və sadə bir hobbidir".

Qeyd edək ki, C. Kollison Harvard Universitetində, P. Kollison isə Massaçusets Texnoloji İnstitutunda (MİT) oxuyub. C. Kollison Harvarda getməzdən əvvəl artıq zəngin idi. İki qardaş kiçik şirkətlərin "eBay"də daha asan ticarət etmələrinə kömək edən proqramlarını 2008-ci ildə 5 milyon dollara satıb. Sonra onlar təhsillərinə fasilə verərək "Stripe" ödəniş sistemini qurublar. "Stripe" bir çox rəqibi olmasına baxmayaraq, sürətlə böyüyüb və hazırda dünya üzrə 750 əməkdaşı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR